“For Azerbaijan” dünya azərbaycanlılarını bir araya gətirməyi hədəfləyir

“For Azerbaijan” dünya azərbaycanlılarını bir araya gətirməyi hədəfləyir
Bu gün "For Azerbaijan” adlı yeni qeyri-kommersiya təşkilatı fəaliyyətə başlayıb.


Sfera.az bildirir ki, yalnız xeyriyyəçilik məqsədilə qurulan təşkilat, dünya azərbaycanlılarını və icmalarını bu amal ətrafında birləşdirərək Azərbaycandakı ən həssas aztəminatlı əhali qrupuna dəstək olmağı hədəfləyir.


Təşkilatın yaradılması ideyası ehtiyacı olan azərbaycanlılara dayanıqlı və şəffaf şəkildə kömək etmək üçün nümunəvi, xeyriyyəçilik təşkilatı yaratmağı hədəfləyən dünyanın müxtəlif ölkələrində yaşayan bir qrup azərbaycanlı peşəkar tərəfindən düşünülüb.


Təşkilatın qurucu üzvləri "For Azerbaijan” təşkilatının sonrakı illərdə davamlı fəaliyyət göstərməsini təmin etmək üçün ilk 2 il üçün tələb olunan minimum maliyyə vəsaitini ayıracaq. Təşkilatın uzun-müddətli proqramları minimal əməliyyat xərcləri çəkilməklə daha geniş xeyriyyəçi icmanın maliyyə yardımları ilə maliyyələşdiriləcək.


Şəffaf və miqyaslana bilən fəaliyyətin təmin edilməsi üçün, FA əməliyyatları nağdsız, rəqəmsal, tam şəffaf və izlənə bilən infrastruktura söykənəcək.


FA-nın strateji və fəaliyyət strukturu üç istiqamət əsasında qurulub: bərpa prosesinə köməklik (Məlhəm ol), gündəlik ehtiyacların qarşılanması (Əllərindən tut) və gələcəyə dəstək (Gələcəyə qucaq aç). Bu istiqamətlər çərçivəsində icra olunacaq konkret layihələr münaqişələrə, zorakılığa, təbii hadisələrə yaxud yoxsulluğa məruz qalan şəxslərə yardlm göstəriləcək.Təşkilat dünyanın bir çox ölkələrində yaşayan insanlardan maliyyə dəstəyini təmin edəcək.

 

Təşkilatın nümayəndəsi, Ülviyyə Həsənzadə bildirib ki, "Daha çox sponsorun bu təşəbbüsə qoşulmasını təmin etmək üçün layihələr miqyaslana bilən olacaq”.


Təşkilat öz proqramlarını uğurla və səmərəli şəkildə həyata keçirmək üçün xeyriyyə təşkilatları və dövlət qurumları ilə tərəfdaşlıq edəcək.


"Şəffaf və effektiv proqram vasitəsilə bizim yardım və dəstəyimizi ehtiyacı olanlara çatdırmaq üçün etibarlı, güvənli və bacarıqlı təşkilat yaratmaq çox vacibdir. Biz bu ideya ilə işə başladıq”, - deyə Ülviyyə Həsənzadə qeyd edib.


Təşkilat fəaliyyətə başladıqdan sonra, maraqlı tərəflər donor və yaxud könüllü qismində təşəbbüsə qoşula bilər.


Əlavə məlumat üçün, //forazerbaijan.org/en/ səhifəsinə daxil olun.


Email: [email protected]


Phone: +17037837113

 


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...