“Fitch” Türkiyənin kredit reytinqini aşağı saldı

“Fitch” Türkiyənin kredit reytinqini aşağı saldı
Dünyanın tanınmış kredit reytinq agentliyi olan "Fitch Ratings” Türkiyənin kredit reytinqinin proqnozunu "mənfi"yə endirib. Şirkət hesab edir ki, monetar yumşalma daxili inamın pisləşməsinə səbəb olub və bu, iqtisadiyyata mənfi təsir göstərib. 
 
Sfera.az xəbər verir ki, "Fitch Ratings” 2023-cü il seçkiləri ərəfəsində faiz dərəcələrinin daha da azaldılmasının və əlavə stimullaşdırılma tədbirlərinin daxili etimadı azaltdığını söyləyib. "Bu vəziyyət özünü lirədə kəskin eniş və inflyasiyanın artması, o cümlədən gün ərzində görünməmiş volatillik kimi göstərir”, - deyə agentliyin rəyində qeyd edilir. Qurum Türkiyənin kredit reytinqini "BB-” olaraq təsdiqləndiyi bildirilib.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR