Fişəng Bakı sakininin əlində partladı - FOTO/VİDEO

Fişəng Bakı sakininin əlində partladı - FOTO/VİDEO
Yeni il gecəsi fişəng partlaması nəticəsində bədbəxt hadisə baş verib.

Bayram axşamı fişəng partladan zaman 33 yaşlı şəxsin sol əli parçalanıb.

Bakı sakini, 1985-ci il təvəllüdlü A.T. (ad şərtidir) təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Xəstəxanada ortoped-travmatoloq İltifat Hüseynov tərəfindən əməliyyata alınıb.

Həkim Ortoped-Travmatoloq İltifat Hüseynov Oxu.Az-a verdiyi açıqlamasında əməliyyatın qənaətbəxş keçdiyini bildirib:

"Xəstə klinikaya gələn kimi təcili ilkin müdaxilə edilərək əməliyyata alınıb. Sol əlin baş barmağı, demək olar ki, qopmaq üzrə idi.

Əməliyyat zamanı vətərlər tikilib, ovuc içi yaralar təmizlənib. Xəstəyə sol əlin baş barmağının subtotalamputasiyası, ovuc içinin parçalanmış yaraları, bir, iki, üçüncü barmağın vətərlərinin ciddi zədələnməsi  diaqnozu qoyulub. Hazırda normal palataya köçürülüb, vəziyyəti isə orta-ağır olaraq dəyərləndirilir”.
Xəstə özünü yaxşı hiss etdiyini bildirib.
 

 

 

OXŞAR XƏBƏRLƏR