Fırçasız, boyasız şəkillər çəkən azərbaycanlı rəssam - video

Fırçasız, boyasız şəkillər çəkən azərbaycanlı rəssam - video
Tüstü ilə yaradılan möhtəşəm sənət əsərləri. Rəssamdır. İllərdir öz rəsm əsərləri ilə çoxlarını sənətinə heyran qoyur, ancaq ona rəsm çəkmək üçün qələm, fırça, boya lazım gəlmir. Bəs onda Qazax sakini öz əsərlərini necə ərsəyə gətirir? 

Sfera.az Region TV-yə istinadən xəbər verir ki, Qazaxın Çaylı kənd sakini Nəcməddin Hüseynovun əsərlərinin sərgisi dəfələrlə təşkil olunub və hər dəfə də kifayət qədər maraq çəkib. 61 yaşlı rəssamın bacarığı çoxlarının təəccübünə səbəb olub. 

O, əsərlərini fırça və boyalarla deyil, yanan şamın hisi ilə çəkir. Rəssam bu yolla müxtəlif mövzularda 2 mindən çox rəsm ərsəyə gətirib. Əsərlərindən ibarət kataloq dərc edilib. Onun işlərini internet vasitəsilə xaricdən sifariş edib alanlar da var. Nəcməddin Hüseynov bu üsulla kətan və digər materiallar üzərində də şəkillər çəkir. 

İlk vaxtlar çətinlik çəkdiyini, tüstünü yığa bilmədiyini deyən rəssam sonradan çox sayda əsəri yaratmağa müvəffəq olub. Rəssam hazırda rəngli tüstü axtarışındadır. Əgər istəyi alınarsa əsərlərini "Tüstü sərgisi” adı altında nümayiş etdirməyi planlaşdırır. 
 
[video=// ]


OXŞAR XƏBƏRLƏR