FIFA Ukrayna yığmasının istəyini rədd etdi

FIFA Ukrayna yığmasının istəyini rədd etdi
FIFA İngiltərə "Vulverhempton"unun futbolçusu Maks Kilmanın Ukrayna yığmasında oynamasına razılıq verməyib.

Sfera.az məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının sorğusuna cavabda bildirilir. Səbəb kimi 24 yaşlı müdafiəçinin əvvəllər İngiltərənin futzal millisinin heyətində 8 rəsmi matça çıxması göstərilib. Bu isə istedadlı futbolçunun artıq İngiltərə futbol vətəndaşlığını təmin etməsi anlamına gəlir.

Kilman 23 may 1997-ci ildə Londonda rus-ukraynalı ailəsində doğulub. Onun atası Aleks əslən moskvalı, anası Mariya isə kiyevlidir.

Qeyd edək ki, bu mövsüm Maks Kilman "Vulverhempton"un heyətində 17 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.


OXŞAR XƏBƏRLƏR