FIFA reytinq siyahısını yenidən dərc etdi

FIFA reytinq siyahısını yenidən dərc etdi
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sfera.az  xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib.

Hazırda yığma 1180 xalla 109-cu sırada qərarlaşıb.

İrəliləyişə səbəb yığmanın yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Komandanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro bir pillə irəliləyib və 1370 xalla 63-cü sıradadır. Üç pillə geriləyən Lüksemburq seçməsə 1235 xalla 98-ci, bir pillə geriləyən Kipr isə 1224 xalla 100-cüdür.

1487 xala malik Türkiyə millisi 32-ci pilləyə yüksəlib. Reytinqin ilk üç pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.

Xatırladaq ki, FIFA ötən gün yeni reytinq siyahısını dərc etsə də, daha sonra cədvəli saytdan çıxarıb. Quruma üzv olan federasiyalara göndərilmiş məktubda səbəb kimi argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vəfatı göstərilib.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...