FİFA-dan azərbaycanlı hakimə təyinat
19:24 / 16.11.2020
8220
Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.
Sfera.az xəbər verir ki, Cabbarov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi üzrə Ukrayna-Şimali İrlandiya qarşılaşmasını idarə edəcək.
Ona Elşad Abdullayev və PərvinTalıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.