Fici sahilləri yaxınlığında güclü zəlzələ olub
12:56 / 22.11.2020
1433
Sakit Okeanın Fici sahilləri yaxınlığında zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, 5,5 bal gücündə olan zəlzələnin episentri ölkənin paytaxtı Suva şəhərindən 449 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
Mümkün dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.