FHN sürücülərə müraciət etdi - VİDEO

FHN sürücülərə müraciət etdi - VİDEO
 Fövqəladə Hallar Nazirliyi respublikada koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində avtonəqliyyat vasitələri sahiblərinə müraciət edib.

Sfera.az xəbər verir ki, müraciətdə deyilir:

"Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib.

Həyatımızın ilk və arzu edək ki, sonuncu olacaq karantin rejimli dövrünü yaşayırıq. Bu rejim daha çox diqqət, hər kəsə qayğı ilə yanaşma, həmrəylik nümayiş etdirmək tələb edir!

Bir çox hallarda pərakəndə şəkildə, binaların girişlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında park edilmiş avtomobillər fövqəladə hadisə zamanı xilasetmə, yanğınsöndürmə və digər iri qabaritli xüsusi təyinatlı avtomobillərin hərəkətinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir. 

Son zamanlar ölkəmizdə baş verən yanğınların təhlili, həmçinin, bir sıra xarici ölkələrdə müşahidə olunan yanğınlar məsələ ilə bağlı vaxtında zəruri tədbirlər görməyi tələb edir. Mövcud problem avtomobillərin saxlanılma yerlərində - həyətlərdə, səkilərdə, su hövzələrinin yaxınlığında, hətta onların üstündə və sair kimi yerlərdən uzunmüddətli park yeri kimi istifadə halları ilə bəzi avtomobil sahiblərinə əhəmiyyətsiz görünən, "harada yer tapıram orada da saxlayıram" deyərək yolları bağlayan sakinlər özlərinin, ailə üzvlərinin, qonşularının xilası üçün gələn xilasedicilərə ciddi maneə yaradır, onlara müqəddəs, qəhrəmanlıq tələb edən, ən qısa zamanda həyata keçirməli olduqları vəzifələrini yerinə yetirməyə məhdudiyyətlər yaradır və sonradan bundan ciddi fayda verməyən peşmançılıq çəkirlər.

Qeyd olunanları nəzərə alaraq, baş verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, su hovuzları və hidrantlardan rahat istifadə edə bilməsi, döyüş vəziyyətinə gətirilmə işində tələb olunan normativlərə cavab verilməsi üçün vətəndaşlara avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi saxlamaqla park etmələrinin vacibliyini bir daha xatırladırıq".



OXŞAR XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...