FHN Samuxda baş vermiş partlayışla bağlı məlumat yaydı - FOTO
23:40 / 04.12.2020
4693
Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Sfera.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində evin 1 otağında 2 ədəd döşək yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Biləsuvar rayonunda ümumi sahəsi 64 kv/m olan birmərtəbəli evdə ev əşyaları 10 kv/m sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.