FHN-nin modul xəstəxanasının baş həkiminin məhkəməsi keçirildi

FHN-nin modul xəstəxanasının baş həkiminin məhkəməsi keçirildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda vəkillər vəsatət verib və təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsinə şərait yaradılmasını istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktında müəyyən edilib ki, İmran Ağayev Hospitalın baş həkimi olmaqla yanaşı "Medi Style” MMC-nin də təsisçisidir.

Belə ki, İmran Ağayev Hospitala müxtəlif yerlərdən Təcili Tibbi Yardım avtomobilləri ilə gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib.

Amma özünün direktoru olduğu "Medi Style” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri ilə xidmət haqqı ödənilməklə gətirilən xəstələrin qəbulunu tezləşdirib, onlar üçün yer problemi yaşanmayıb.

İmran Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən özünə məxsus klinikanın təcili yardımları ilə Hospitala aparılması üçün 300-1500 manat olmaqla cəmi 51.599 manat pul alıb.

Həmçinin müəyyən edilib ki, həmin məbləğin cəmi 7.500 manatı MMC-nin rəsmi dövriyyəsinə salınıb. Qalan məbləğ isə İmran Ağayev tərəfindən şəxsi ehtiyaclara xərclənib.

Bundan başqa İmran Ağayevin Hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olmuş Rüfət Vəlizadə ilə də birgə cinayət əməlləri sübuta yetirilib.

Belə ki, xəstələrin Hospitala yerləşdirilməsi, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində xəstələrdən və ya onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaiti rüşvət qismində yığılıb. Bu məbləğ minimum 500 manat, maksimum isə 4 min manat civarında olub. Hospitalın VIP korpusda qiymət çox zaman 3000 manat olaraq xəstə yaxınlarına təklif edilib.

İstintaqla müəyyən edilib ki, xəstələrdən Zaməddin Məmmədov Hospitala qəbul edilib "VIP korpusu”a yerləşdirilib. Bunun üçün ondan 3000 manat tələb edilib. Amma Z.Məmmədov məbləği 300 manat kimi başa düşüb. Onu xəstəxanaya yerləşdirəndə bilib ki, məbləğ 3000 manatdır. Deyilən məbləği ödəyə bilmədiyi üçün oradan çıxarılıb.

İttihamda göstərilir ki, təqsirləndirilən Rüfət Vəlizadə Hospitalda qeydiyyatçı vəzifəsində işləməklə qeyri-rəsmi olaraq köməkçisi olan Qulu Orucovla da bir neçə cinayət əlaqəsinə girərək xəstələrdən pul alıb.

İstintaq zamanı o da aşkar edilib ki, Rüfət Vəlizadə özü koronavirusa yoluxduğu, izolyasiya olunmalı olduğu halda rəsmi qurumlara yalan məlumat verərək, telefonun GPS sistemini söndürərək müxtəlif yerlə gedib.

Proses oktyabrın 14-də davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR

"İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək" - KİV

İsrail rəsmi olaraq İrana zərbənin məsuliyyətini üzərinə götürməyəcək.   Sfera.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb. Onlar bu takt...

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...