FHN minalarla bağlı əhaliyə müraciət edib

FHN minalarla bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş ərazilərdə müharibənin təhlükəli qalıqları ilə bağlı vətəndaşlara müraciət edib.

Sfera.az xəbər verir ki, müraciətdə bildirilib ki, hələ də işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə mina və partlamamış hərbi sursatlar qalmaqdadır və hazırda aidiyyəti dövlət strukturları, o cümlədən Fövqəladə Hallar Nazirliyi bu təhlükənin tam aradan qaldırılması istiqamətində əlaqəli şəkildə fəaliyyətlərini fasiləsiz olaraq davam etdirirlər:

"...Təəssüflə qeyd edirik ki, mina və partlamamış hərbi sursatlarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə mənfur düşmən tərəfindən kustar üsulla hazırlanmış çoxsaylı partlayış təhlükəli əşyalara da rast gəlinir. Belə ki, müxtəlif təyinatlı və fərqli əşyaların (məişət, təsərrüfat əşyaları, uşaq oyuncaqları və s.) içərisinə yerləşdirilmiş partlayıcı maddələr kiçik toxunuşla böyük faciələrə yol aça bilir. Bu tip əşyaların ən böyük təhlükəsi isə onların xarici görünüş baxımından aldadıcı olması, bir çox hallarda uşaqlar üçün cəlbedici və maraqlı görünməsidir. Müxtəlif meteroloji amillərin təsiri nəticəsində, o cümlədən lokal sel və daşqınların gətirməsi ilə belə əşyalara işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrinin ətrafında da rast gəlinir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrində yaşayan vətəndaşlarımıza müraciət edərək, rast gəlinən hər hansı yad, naməlum əşyaya toxunmadan dərhal Fövqəladə Hallar Nazirliyinin "112” və ya Daxili İşlər Nazirliyinin "102” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir. Xüsusilə uşaqların nəzarətsiz qoyulmaması, göstərilən məsələlərlə bağlı onlarla ailə daxilində daim maarifləndirici söhbətlərin aparılması təhlükəsizliyin təmin olunmasına mühüm töhfədir".

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...