FHN ildırımla bağlı əhaliyə çağırış etdi: “Telefonla danışmayın, antenaya yaxınlaşmayın…”

FHN ildırımla bağlı əhaliyə çağırış etdi: “Telefonla danışmayın, antenaya yaxınlaşmayın…”
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən Sfera.az-a daxil olan məlumatda deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 16-sı axşamdan başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, müəyyən yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Həmçinin, bəzi dağ çaylarından qısamüddətli sel keçməsi ehtimalı ilə əlaqədar sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kürdəmirdə avtomobillər toqquşdu - yaralılar var

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində ...

Bakı metrosunda qatarlar gecikdi - SƏBƏB

"Bakı Metropoliteni” QSC-nin "Qara Qarayev” stansiyasından "Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb. Bu bar...

Bakıda müəllim dərs zamanı vəfat etdi

Bakıda müəllim dərs zamanı vəfat edib. Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova oktyabrın 11-də IX...

Azərbaycanda polis əməkdaşı yol qəzasında öldü - FOTO

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb. Hərək...

Beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO

Dünən səhər saatlarında Bakıda baş verən dəhşətli qəzanın anbaan görüntüləri yayılıb.  sfera.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi görüntülərdə yü...

Gədəbəydə polis əməkdaşı yol qəzasında öldü - FOTO

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb. Azərbaycandan 15 g...