FHN-çilər yanğınla belə mübarizə aparır – VİDEO

FHN-çilər yanğınla belə mübarizə aparır – VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər.

FHN-dən Sfera.az-a bildirilib ki, artıq bir neçə gündür Türkiyə Respublikasının meşə yanğınlarının ciddi vüsət aldığı bölgələrindən olan Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğın ocaqlarının söndürülməsi üçün əməliyyat şəraitinə uyğun olaraq lazımi tədbirləri davam etdirirlər.

Qeyd edək ki, Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi altında Nazirliyin Marmaris bölgəsində olan yanğın-xilasetmə qüvvələrinin koordinasiyalı idarəetməsi təşkil olunub. Ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə yola salınmış ikinci yanğın-xilasetmə qrupu isə sabah yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Şəhid həyat yoldaşının səsini eşidib ağladı - VİDEO

Vətən müharibəsi şəhidi İbrahim Hüseynlinin həyat yoldaşı Sürfanə Hüseynli onunla bağlı xatirələrini bölüşüb. Sfera.az xəbər verir ki, "Vaxtı gəldi” proqr...

Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur - FOTO

İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq pro...

FHN Bakıdakı subasma ilə bağlı məlumat yaydı - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərinin subasmaya məruz qalıb. Sf...

Güclü yağış Bakıda sürücülərə çətin anlar yaşatdı - VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Sfera.az xəbər verir ki, səhər saatlarından başlayaraq yağan yağış bölgələrlə yanaşı, Bakıda da bir s...

Bakı-Sumqayıt qatarının həftəsonu cədvəli - SİYAHI

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Bakı-Sumqayıt-Bakı sərnişin qatarları həftəsonu da fəaliyyət göstərəcək. "Azərbaycan Dəmir Yolları” QSC-dən Sfera.a...

BŞİH: "Yağışın fəsadları aradan qaldırılır"

"Bu gün səhər saatlarından Bakı şəhərinin bəzi ərazilərində qısamüddətli intensiv yağış yağıb. Bununla əlaqədar bəzi küçə və prospektlərdə su basma halları baş ...