Sİyasət

Fəzail Ağamalı Prezidentin bayram təbrikini yüksək qiymətləndirdi

Fəzail Ağamalı Prezidentin bayram təbrikini yüksək qiymətləndirdi
 Cənab prezidentimiz İlham Əliyev Novruz bayramı münasibətilə xalqımıza ünvanlandırdığı təbrikdə aktual və ciddi əhəmiyyət kəsb edən məsələlər üzərində dayandı. Və həyata keçirilən islahatların konkret nəticələrini, parlament seçkilərini xalqın iradəsinin ifadəsi kimi dəyərləndirdi, koronavirusun yaratdığı təhlükəli vəziyyətə qarşı mübarizənin aspektləri üzərində dayandı, onların lakonik təhlilini verdi, problemlərdən çıxış yollarının dəqiq reseptini təqdim etdi. Prezidentimiz bəşəriyyəti bürüyən koronavirus bəlasının Azərbaycanda təsirini minimuma endirmək iradəsini, hər zaman olduğu kimi, bir daha xalqımızın sağlamlığına və ölkəmizin təhlükəzliyinə son dərəcə həssas yanaşdığını, bu baxımdan xüsusi olaraq yaşlı nəslə diqqətin artırılmasını önə çəkdi, insanlarımızı məsuliyyətli olmağa səslədi, dövlətimizin gördüyü önəmli işlərin təsnifatı üzərində dayandı, qarşıdakı günlərdə həyata keçiriləcək vəzifələrin anosunu verdi. Ölkəmizin bütün sağlam qüvvələri bu gün birmənalı olaraq xalqımızla, dövlətimizlə və prezidentimizlə bərabərdir, onunla həmrəydir. Təəssüf ki, başqa mənzərə də var: içimizdə milli dəyərlərini və milli mənsubiyyətini itirən, anti-Azərbaycan qüvvələrinin köləsinə çevrilən, müxalifət, illərdi ki, beşinci kalonun təmsilçisi kimi xəyanətkar rolunu oynamaqdadır. Yaranmış təhlükəli durumdan istifadə edib, ölkəmizi xarabalığa çevirmək üzərindən şan-şöhrət və var-dövlət qazanmaq ehtirası ilə yaşayan anti-milli dairələr yenə də təxribatlara əl atır, xaricdəki havadarlarının diqtəsilə sosial şəbəkələrdə və İnternet TV-lərdə dövlətimizin ünvanına şər-böhtan yağdırır, insanlarda nifrət hissi, təşviş aşılamağa çalışır, xalqımıza və dövlətimizə düşmənçilik mövqelərini davam etdirirlər. Prezidentin mövqeyi aydın və birmənalıdır: bu tip dairələrin Azərbaycanın siyasi mühitində yeri yoxdur. Tamamilə, doğru yanaşmadır. Cəmiyyətin dəyərəli və nüfuzlu söz sahiblərinin, ziyalılarımızın, sağlam siyasi qüvvələrin imkanları bu baxımdan səfərbərliyə alınmalı, dövlətimizi zəiflədib, ölkəmizi xarabazara çevirmək istəyənlərin arasında yer alan anti-milli şəxslərə qarşı total mübarizə aparılmalıdır. Milli dəyərlərimizə, əxlaqi prinsiplərimizə, adət-ənələrimizə düşmən kəsilənlərə "dur” deməyi bacarmalıyıq. Martın əvvəllərindən cənab prezidentin tapşırığılə administrasiyanın Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyev ölkəmizin ictimai-siyasi həyatında bu və ya digər dərəcədə fəaliyyət göstərən siyasi partiya rəhbərilə görüşlər keçirməyə başladı. Daha sonra çoxpartiyalı sistemin güclənməsinə xidmət edən addımlar atıldı, Milli Məclisdə təmsil olan müxaliifət partiyaları parlamentin rəhbər strukturlarında yer aldı, ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasının əsası qoyuldu. Olduqca mütərəqqi mahiyyət daşıyan və həyata keçirilən islahatların tərkib hissəsi olan bu yeniliyə qısqanclıq və dümənçilik mövqelərini beşinci kalon missiyasını yerinə yetirən radikal, avantürist və dağıdıcı dərnək sahibləri bir daha ortaya qoydular.
Prezident Administrasiyasının məsul əməkdaşının xoşməramlı, sivil əməkdaşlığa, dövlətçiliyimizdə, taleyüklü problemlərimizin həllində siyasi həmrəylik mahiyyəti daşıyan dəvətindən müxtəlif bəhanələrlə qaçdılar, sağlam iqtidar-müxalifət münasibətlərinə qara yaxmaq kompaniyasına start verdilər və özlərini siyasi proseslərdən tamamilə izolyasiya etdilər və beləliklə iflasa məhkum oldular.
 
Fəzail Ağamalı

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930