Fəzail Ağamalı Qaraçala sakinləri ilə görüşdü FOTOLAR

Fəzail Ağamalı Qaraçala sakinləri ilə görüşdü — FOTOLAR

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Salyanın Qaraçala kəndində seçicilərlə görüşüb.


Sfera.az-ın demokrat.az-a istinadla xəbərinə görə, görüşdə çıxış edən F.Ağamalı deyib ki, əvvəlki illərdə daim seçicilərin problemləri ilə maraqlanıb: "Həmişə seçicilərlə birlikdə olmuşam, onları narahat edən məsələlərin həllinə çalışmışam. Milli Məclisdəki çıxışlarımı izləyənlər bunu bilirlər. Bu, mənim işimdir. Mən Azərbaycanı müstəqil görmək üçün çalışmışam, fəaliyyət göstərmişəm. Bu, mənim taleyim idi. Xalqın yolunda mübarizə aparmaq şərəfdir. Yaxınlarım məni bu yoldan döndərməyə çalışsalar da, nail ola bilmədilər. Bu yollardan keçərək müstəqil olduq. Mən tək deyildim, minlərlə azərbaycanlı bu yolda idi. Azərbaycan üçün çalışanların önündə gedəni ümummilli lider Heydər Əliyev olub. Heydər Əliyevin tapşırığı ilə Əbülfəz Elçibəyin üzərindən ağır ittiham götürüldü. Heydər Əliyev istiqlalçı idi, onun səpdiyi toxumlar sonradan bəhrəsini verdi. 1990-cı illərin əvvəllərində də Azərbaycanı Heydər Əliyev xilas etdi".


F.Ağamalının sözlərinə görə, gənclər bilməlidir ki, indiki inkişafın təməlini Heydər Əliyev qoyub: "Hazırda həmin siyasi kursu Prezident İlham Əliyev davam etdirir. Azərbaycan qüdrətli dövlətdir, heç bir ölkədən asılı deyil. Gücümüz ondadır ki, xalq dövlətin, Prezidentin yanındadır. Kimlər üçünsə Milli Məclis prestijdir, ütülü köynək geyinib qalstuk taxıb özünü göstərmək yeridir. Amma mənim üçün belə deyil. Deputat olmaq, xalqın problemləri ilə maraqlanmaq mənim üçün şərəfdir. Bəziləri düşünürlər, vədlər verməklə seçicini aldatmağa çalışırlar, iddia edirlər ki, problemləri həll edəcəklər. Bu, düzgün deyil, məsələləri dövlət həll edir. Deputat isə bu problemləri hökumətə çatdırandır. Deputat vətənpərvər olmalıdır, beynəlxalq təşkilatlarda ölkəni layiqincə təmsil etməlidir, ölkə həqiqətlərini çatdırmalıdır. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır, bu, bizim gücümüzü göstərir. Biz dövlətimizlə fəxr etməliyik. Hər zaman çətinliklər olub, dövlət birdən-birə qurulmayıb. Azərbaycan, artıq inkişaf etmiş dövlətdir, zamanla bütün problemlər həll ediləcək".


F.Ağamalı növbəti dəfə deputat seçiləcəyi təqdirdə sosial problemləri qaldıracağına söz verib: "Uşaq pulunun verilməsinin vacib olduğunu düşünürəm. Ölkədə 18 yaşına çatana qədər hər kəsə 180-190 manat aylıq müavinət verilməlidir. Məşğulluq məsələləri də xüsusi diqqətdə saxlanılmalıdır. Bu problemləri, sizi narahat edən məsələləri daim qaldıracağıma söz verirəm. Bu dövləti inkişaf etdirmək hər birimizin borcudur. Hamınızı seçkilərdə iştirak etməyə çağırıram".


Rayon ziyalıları F.Ağamalının fəaliyyətini yüksək qiymətləndiriblər.


Deputatlığa namizəd seçicilərin problemlərini bir daha dinləyib, həlli üçün müvafiq dövlət qurumlarına müraciət edəcəyini qeyd edib.


Seçicilər çıxışlarında F.Ağamalını dəstəklədiklərini, fevralın 9-da ona səs verəcəklərini ifadə ediblər. 

 


OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...