No Image
No Image

Feysbuk sürətli video tanışlıq xidmətini təqdim edəcək

Feysbuk sürətli video tanışlıq xidmətini təqdim edəcək
Feysbukun eksperimental "NPE Team” komandası "Sparked” adlı xidmətinin testlərini başlayıb.

Sfera.az "The Verge” nəşrinə istinadən xəbər verir ki, yeni xidmət "yaxşı insanlarla sürətli video tanışlıq” üçün yaradılır.

"Sparked”da qeydiyyatdan keçmək üçün Feysbuk vasitəsilə veb tətbiqə daxil olmaq və məlumatları yazmaq lazımdır. Şəxsi hesabı yaradarkən istifadəçi onun niyə tanışlıq üçün yaxşı insan olduğu sualına cavab verməlidir. "Sparked” komandası cavabları özü yoxlayır.

Qeydiyyatdan keçdikdən sonra, "Sparked” istifadəçiyə onlayn söhbətə qoşulmağı və iştirakçılarla video söhbətə başlamağı təklif edəcək.

Hər söhbət 4 dəqiqə davam edir. Uğurlu olarsa, istifadəçilər ikinci dəfə 10 dəqiqəlik söhbət üçün görüşə biləcəklər.

Sonda "Sparked” istifadəçilərə "Instagram”, "iMessage” və ya elektron poçtla əlaqə saxlamağı təklif edəcək. // "Report"

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”ın məxfilik sazişini qəbul etməyənlərin hesabları silinəcək? - AÇIQLAMA

 Smartfonlar üçün ani mesajlaşma və mübadilə sistemi olan "WhatsApp” bu il yanvar ayının 10-ndan iki milyarda qədər istifadəçisinə yeni məxfilik siyasəti i...

Azərbaycan kəndlərində yenilik - FOTOLAR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom” MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstəril...

"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Bu gündən...

Bu gündən - 15 may 2021-ci il tarixindən "WhatsApp" messenceri istifadəçiləri seçim qarşısında qalır. Sfera.az xəbər verir ki, istifadəçilər yeni xidmət q...

XƏBƏRDARLIQ EDİLDİ - Sabahdan...

"WhatsApp" sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq. Bu barədə "Facebook" məluma...

Türkiyə COVID-19-a qarşı yerli vaksin hazırlayır

"Könüllülərin nəticələri yaxşı olarsa, COVİD-19 əleyhinə yerli peyvəndimizi payız aylarında əldə edə biləcəyimizə inanırıq”. Sfera.az-ın məlumatına gör...

"Twitter"in işində problemlər yarandı

"Twitter" mikrobloqlar xidmətinin işində nasazlıq dünyanın bir sıra ölkələrində müşahidə olunur. Sfera.az-ın məlumatına görə, bu barədə Downdetector platf...