Fəxrizadənin qətlində şübhəli bilinənlər saxlanıldı
23:27 / 08.12.2020
3586
İranın nüvə fiziki Möhsün Fəxrizadənin ölümündə təqsirli bilinən bəzi şəxslər saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə İran parlament sədrinin köməkçisi Hüseyn Əmir Abdullahian deyib.
O, məsələ ilə bağlı daha təfərrüatlı məlumatların müvafiq orqanlar tərəfindən veriləcəyini bildirib.
Xatırladaq ki, M.Fəxrizadə 27 noyabrda Tehran yaxınlığında sui-qəsd nəticəsində qətlə yetirilib.