Fəxrəddin Altun: "12 sentyabr demokratiyamızın qara ləkəsidir"

Fəxrəddin Altun:
"Millətin iradəsinə zərbə vurularaq demokratiya və insan hüquqlarının heçə sayıldığı 12 sentyabr demokratiyamızın qara ləkəsidir”.

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun 12 sentyabr dövlət çevrilişinin 41-ci ildönümü münasibətilə "Twitter” hesabından etdiyi paylaşımda qeyd edib.

15 iyul müqavimətinin türk millətinin bir daha 12 mart, 12 sentyabr və 28 fevral kimi iradələrini heçə sayan cəhdlərə icazə verməyəcəyini göstərdiyini vurğulayan F.Altun 12 sentyabr çevrilişi ilə bağlı bir video da paylaşıb.

Videoda 12 sentyabrda 650 min nəfərin saxlanıldığı, 1 milyon 683 nəfərin təqiblərə məruz qaldığı, 210 min nəfər haqqında cinayət işi açıldığı, minlərlə insanın vətəndaşlıqdan çıxarıldığı və həbsxanalarda işgəncələrə məruz qalaraq öldüyü, 50 nəfərin isə xuntaçılar tərəfindən edam edildiyi bildirilib.

17 yaşlı Ərdal Ərənin xuntaçıların qərarı ilə yaşı böyüdülərək Ankara Ulucanlar həbsxanasında edam edildiyi xatırladılan videoda "15 iyulda millətimiz yeni "12 sentyabrlara” icazə verməyəcəyini bütün dünyaya elan etmişdir. Bu gün türk milləti 12 sentyabr xuntasının qurbanlarının əziz xatirələrini qorumağa və bu torpaqları möhkəm gələcəyə hazırlamaq üçün inamla addımlamağa davam edir” – ifadələrinə yer verilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

XİN başçısı bir sıra həmkarları ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərindən...

Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri ilə görüş keçirildi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT TŞ-nin qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatına üzv dövlət...

Azərbaycanla Türkiyə daha bir memorandum imzaladı

"Gənclər və idman naziri kimi Türkiyəyə ilk səfərimdir. Bir neçə gün əvvəl Özbəkistanda keçirilən Türk Şurasının İdman Nazirlərinin Görüşündə türkiyəli həmkarım...

"İlham Əliyev reallığı lazımi ünvanlara çatdırdı" - Rusiyalı politoloq

"İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı çox düzgün, dəqiq, başadüşülən və tam məntiqli idi. O, həqiqəti danışaraq, dünyada və regionda...

Ceyhun Bayramov ABŞ-dakı yəhudi təşkilatlarının nümayəndələri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlar...

Angela Merkelin şərəfinə qızıl sikkə hazırlandı

Almaniyada ölkənin 16 illik kansleri Angela Merkelin şərəfinə qızıl sikkə hazırlanıb. Sfera.az  xarici mətbuata istinadən xəbər verir ki, onun üzərin...