“Ferrari Roma”: yeni quruluş ilə tarixi dizaynın kəsişməsində - FOTO

“Ferrari Roma”: yeni quruluş ilə tarixi dizaynın kəsişməsində - FOTO

"Ferrari” çoxdan "Portofino” kabrioletindən üstü örtülü kupe düzəltmək fikrinə düşüb. İtaliyalılar bu məsələyə milli kreativlik və fantaziya baxımından yanaşıblar.

Sfera.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, "Roma” adlı yeni model İtaliyanın paytaxtına və "Ferrari”nin zəngin tarixinə həsr olunub.

"Roma”nın zahiri görünüşünü həm gələcəyə addım, həm də tarixə hörmət kimi qələmə vermək olar. Şirkətdən bildirirlər ki, yeni modelin görünüşünə ötən əsrin ən yadda qalan modelləri, xüsusi ilə də "250 GT”, təsir göstərib. İlk növbədə futuristik radiator reşotkasını və ekstravaqant dal faralarını qeyd etmək olar.

 

Kupenin salonunda da yeniliklər var. Belə ki, ilk dəfə olaraq sürücü və sərnişin yerləri bir-birindən tamamilə ayrı görünür – kreslolar sanki  iki yanaşı kapsüllərdədir. Arakəsmənin başında isə 8,4 düymlük vertikal monitor yerləşdirilib.

Bundan əlavə sərnişinin öz "cihaz paneli” var: burada o kreslo və pəncərəni idarə etmək, və ya istədiyi mahnını seçmək imkanı əldə edib. Arxa sərnişin yerləri çox kiçik ölçülü quraşdırılıb: istehsalçı kupelər üçün adi olan "2+2” formulundan imtina edib, modelini "2+” adlandırıb.

"Roma”nın qabaqda yerləşən mühərriki "Portofino” ilə eynidir və onu gücdə bir qədər üstələyir: "3,9 litrlik V8 Turbo” 600 at gücü əvəzinə 620 at gücünə malikdir. Buna görə "Roma” əcdadından bir az daha sürətlidir. O 100 km/s sürətini 3,4 saniyəyə yığır, maksimal sürəti isə 320 km/s-dır.

Sürət qutusunda da müəyyən dəyişikliklər var: 7 pilləli avtomat qutu əvəzinə yeni model 8 pilləli diapazonlu qutu əldə edib.

"Roma” gələn ilin yazında satışa çıxarılacaq. Onun təxmini qiyməti 200 min avro (376 min manat) civarında olacaq.(oxu.az)

 

B

OXŞAR XƏBƏRLƏR

İşçilər tualetdə çox vaxt keçirməsin deyə yeni növ unitaz istehsal olundu - FOTO

İngiltərədə şirkətlər işçiləri ayaqyolunda daha az vaxt keçirsinlər deyə yeni növ unitaz sifarişi veriblər. Sfera.az Sputnik Türkiyə-yə istinadla xəbər verir k...

Məşhurlar "əvvəl və sonra"... Bred Pit, Ancelina Coli, Maykl Cekson... - FOTOlar

Hollandiyalı fotoqraf Ard Gelink maraqlı foto layihə edib. Sfera.az ölkə.az-a istinadən bildirir ki, o, məşhur ulduzların keçmiş və indiki görüntülər...

17 yaşlı gözəl qızın gördüyü iş kişiləri heyrətləndirir - FOTO

17 yaşlı Melike Nur Beyen adlı qızı görənlər onun model və ya bloqer olduğunu düşünsə də, əslində, o, tamamilə başqa iş ilə məşğuldur. Sfera.az  habe...

Siciliyada evlər bir avroya satılır - FOTO

İtaliyanın Siciliya adasındakı Bivona şəhərində evlər bir avroya satılır. "The Sun” xəbər verir ki, buna səbəb şəhərin əhalisinin ciddi şəkildə ...

100 kiloqram arıqlayan aktyor başqa birinə "ÇEVRİLDİ" - FOTO

Rusiyalı aktyor Aleksandr Semçev 100 kiloqram arıqlayıb. Sfera.az ölkə.az-a istinadən xəbər verir ki, 50 yaşlı aktyorun sürətlə çəki atması onun səhhətind...

Fridanın “Ağ geyimli qadın”ı 5,8 milyon dollara satıldı - Foto

Məşhur meksikalı rəssam Frida Kahlonun məşhur əsəri  - "Ağ geyimli qadın portreti” 5,8 milyon dollara satılıb.  Sfera.az xarici mətbuata istinadən bi...