Fərman İsmayılovun nəşi Bakıya gətirildi - FOTOLAR/VİDEO
11:19 / 27.01.2021
1414
Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi azərbaycana gətirilib.
Sfera.az xəbər verir ki, Fərman İsmayılovun nəşi bir neçə dəqiqə əvvəl Bakı hava limanına çatıdırılıb.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.
(trend)