Fərman İsmayılovu öldürən quldurlar şirkətə zəng etdi

Fərman İsmayılovu öldürən quldurlar şirkətə zəng etdi
Nigeriya sahillərində 15 türkiyəli dənizçini qaçıran quldurlarla əlaqə baş tutub.

Sfera.az xəbər verir ki, dəniz quldurları gəminin məxsus olduğu "Boden dənizçilik” şirkətinə zəng edərək girov götürülənlərin hamısını adlarını söyləyib və onların sağ olduqlarını bildiriblər.

Xatırladaq ki, 23 yanvarda Nigeriya sahillərində üzən Türkiyənin "Boden dənizçilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 2-ci mühəndis Fərman Əli oğlu İsmayılov öldürülüb, 3 nəfər gəmi ilə birgə azad edilib. (Axar.az)

OXŞAR XƏBƏRLƏR