Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır”

Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır”
 

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı öz işini davam etdirir. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Növbəti müzakirələr "Fundamental azadlıqlar: Dinc toplaşmaq və birləşmək azadlığı” mövzusunda baş tutub. Müzakirələrdə çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı deyib ki, müzakirə olunan mövzu həqiqətən də çox önəmli və daima aktualdır. O qeyd edi ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bir sıra mühüm layihələrdə QHT-lər dövlətin əsas tərəfdaşıdır: "Mövcud qanunvericilik QHT-lərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq etmir. Əksinə "İctimai iştirakçılıq” haqqında qanuna əsasən QHT-lər və vətəndaşlar ölkəmizdə ümümdövlət və yerli səviyyədə qərarların qəbulunda iştirak edirlər. Eyni zamanda onlar dövlət qurumları üzərində ictimai nəzarət funskiyasını həyata keçirirlər. Əvvəllər QHT fəaliyyəti adı altında bir sıra qanunsuz işlərlə məşğul olanlar indi bunu edə bilmədikləri üçün narazıdırlar”.

Fərid Şahbazlı daha sonra Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunduğunu, bu sahədə hər hansı problem yaşanmadığını bildirib: "Azərbaycanda hər zaman müxalifətin mitinqlərin keçirilməsi ilə bağlı müraciətlərinə müsbət cavab verilib. Sadəcə son aksiyada təşkilatçılar ciddi qanun pozuntularına və sadə vətəndaşları narahat edən davranışlara yol verdikləri üçün aksiyalara müvəqqəti fasilə verilib.
Qeyd etmək istəyirəm ki, mitinqlər üçün ayrılan yerlər şəhərin mərkəzindən 2-3 km aralıqda yerləşməklə, tamamilə əlverişlidir. Sadəcə Azərbaycanda xalqın adından danışan siyasi qüvvələrin aksiyalarına vətəndaşlar qatılmadığı üçün onlar mərkəzi küçələrdə insanların rahatlığını pozan qanunsuz aksiyalar keçirmək istəyirlər”.

Fərid Şahbazlı toplantı iştirakçılarını Azərbaycanla bağlı çıxış edərkən, obyektiv məlumatlara istinad etməyə çağırıb.

Qeyd edək ki, "İslahatçı Gənclər” İctimai Birliyinin İllik Toplantıda iştirakına Gənclər və İdman Nazirliyi dəstək verib.

//editor.az/wp-content/uploads/2019/09/70370054_2382189891898774_1055863361205436416_n-300x165.jpg 300w, //editor.az/wp-content/uploads/2019/09/70370054_2382189891898774_1055863361205436416_n-768x422.jpg 768w" sizes="(max-width: 960px) 100vw, 960px" style="box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" /> //editor.az/wp-content/uploads/2019/09/71332317_2382189958565434_4455082907995734016_n-300x158.jpg 300w, //editor.az/wp-content/uploads/2019/09/71332317_2382189958565434_4455082907995734016_n-768x403.jpg 768w, //editor.az/wp-content/uploads/2019/09/71332317_2382189958565434_4455082907995734016_n-390x205.jpg 390w" sizes="(max-width: 960px) 100vw, 960px" style="box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: top; margin-bottom: 0px;" />


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...