Fərhad Qəribov oğlunu əmisi oğlu ilə rəqib etdi
Cəmiyyət
20:15 / 14.01.2020
3101
2005 və 2010-cu illərdə 57 saylı Kürdəmir Seçki Dairəsindən deputat seçilmiş Fərhad Qəribov 9 fevral növbədənkənar parlament seçkilərində sözügedən ərazidə oğlunun namizədliyini irəli sürüb.
Sfera.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, 20.11.1977-ci il təvəllüdlü Qəribov Rəşad Fərhad oğlunun artıq 57 saylı Kürdəmir Seçki Dairəsindən namizədliyi təsdiqlənib.
Bununla belə, 9 fevral seçkilərində YAP həmin dairədən Fərhad Qəribovun əmisi oğlu Nizami Qəribovun namizədliyini irəli sürüb.