Fərhad Məmmədova ağır itki üz verib

Fərhad Məmmədova ağır itki üz verib
Politoloq, Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru Fərhad Məmmədova ağır itki üz verib.
 
Sfera.az xəbər verir ki, Fərhad Məmmədovun atası Məmməd Nemət oğlu Məmmədov dünyasını dəyişib.
 
Allah rəhmət eləsin!
 
Xatırladaq ki, Fərhad Məmmədov 2004-cü il Milli Strateji Təşəbbüs Mərkəzi qeyri-hökumət təşkilatının təsisçisi və icraçı direktoru olub. F.Məmmədov 2005-ci ildə yaranmış Ümumrespublika Gənclər Hərəkatı "İRƏLİ” İctimai Birliyinin 6 təsisçisindən biridir. Eyni zamanda o, 2007-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müşaviri vəzifəsinə dəvət alıb.
 
8 fevral 2008-ci il tarixindən isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyib.
 
İlham Əliyevin 2012-ci il 31 may tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru təyin edilib. Mərkəz ləğv edilənədək rəhbər vəzifədə qalıb.

OXŞAR XƏBƏRLƏR

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...