Fərhad Məmmədov: \"Erməni terror təşkilatları məhz diaspor mühitində yetişdirilib\"

Fərhad Məmmədov: \

Sfera.az Fərhad Məmmədovun cəbhə boyunca baş vermiş atışmalar, eləcə də bunun ardınca bir sıra Qərb dövlətlərində ermənilərin soydaşlarımıza hücum etməsi ilə bağlı müəllif yazısını təqdim edir.

 

***

 

Şiddətli qəzəb, qatı nifrət, təcavüz və vəhşiliklər- Azərbaycan dövlətinə və ordusuna dəstək nümayiş etdirən , eləcə də Ermənistanın təcavüzünə etiraz edən ölkə dışında yaşayan azərbaycanlılara mane olmaq üçün barbar üsullara əl atan xaricdəki erməni diasporu əsl simasını göstərdi.


 

Ermənistanın cəbhə xəttində və Azərbaycanla sərhəddəki silahlı təxribatları dünyanın böyük şəhərlərinin küçələrində azərbaycanlıların dinc aksiyalarına qarşı ermənilərin şiddətli təxribatına keçdi. Bu günlərdə Brüsseldə, Londonda, Los-Ancelesdə, Kişinyovda erməni radikalları ilə azərbaycanlılar arasında qanlı toqquşmalar baş verdi...


 

Sərhədsiz vandalizmdə terror üsulları aydın görünürdü. Onlar azərbaycanlılara vəhşicəsinə hücum edirdilər.Çox vaxt bir azərbaycanlının üzərinə onlarla erməniyeriyirdi, onu qəddarcasına döyür, daş-qalaq edir və əlindəki bayrağı zorla alırdılar. Bu qəbildən olan bəzi toqquşmalarda polislər də xəsarət alıb.

 

Ermənilərin heyvani fəndləri ASALA və 1970-1980-ci illərdə 22 ölkədə 24 türk diplomatı da daxil olmaqla 70-dən çox insanın ölümünə səbəb olmuş 235-dən çox terror aktı törətmişdigər erməni terror təşkilatlarının vəhşiliklərini xatərladır. 1991-ci ildə Ermənistan müstəqilliyini elan etdikdən və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırdıqdan sonra Ermənistanın xüsusi xidmət orqanları Azərbaycan ərazisində çoxsaylı terror aktları həyata keçirdilər.


 

Terrorizm bu gün də erməni milli ideologiyasının dayaqlarından biridir. . Buna görə də son hadisələr zamanı azərbaycanlılara hücum edib onları döyən erməni quldurları arasında ASALA davamçılarının olması təəccüblü deyil.


 

İndi iğtişaşların baş verdiyi dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən erməni diasporu üzvlərinin törətdikləri təcavüzkar hərəkətlərin hüquqi qiymətləndirilməsinə və qərəzsiz araşdırılmasına nail olmaq vacibdir. Azərbaycan artıq diplomatik nümayəndəliklərinə və həmvətənlərinə qarşı edilən hərəkətlərin araşdırılmasını tələb edib.


 

- Erməni təxribatı səbəbi ilə Ermənistan-Azərbaycan sərhədində baş verən eskalasiya artıq diasporlar arasında qarşıdurmalarla müşayiət olunur. Ötən illər ərzində diasporlar arasında bu cür toqquşmalar baş verdiyini xatırlamıram”,- deyə, siyasi müşahidəçi Fərhad Məmmədov bildirir.


 

- Bunun başlıca səbəbi Azərbaycan diasporunun institusional, kəmiyyət və keyfiyyət baxımından güclənməsidir. Bu da təbii olaraq erməni tərəfini narahat etməyə başlayıb.


 

Çünki uzun illər boyu - onların diasporu isə son 150 ildə formalaşır- demək olar ki, bütün ölkələrdə erməni diasporunun öz təşkilatları, öz idman klubları var idi. Unutmamalıyıq ki, erməni terror təşkilatları məhz diaspor mühitində yetişib.. Türk diplomatlarını hədəfə alan onlarla terror aktı bunu bir daha sübut edir.

 

 

 

Bundan əlavə, Azərbaycan ərazilərinin işğalı zamanı erməni diasporundan olan muzdlu döyüşçülər Qarabağ müharibəsində fəal iştirak ediblər.

 

 

Yəni erməni diasporunun terrorçu, zorakı metodlardan istifadə etmək ənənəsi var. Prinsipcə, İrandakı erməni diasporunun nümayəndəsi də bu yaxınlarda "Daşnaksütyun” partiyasından bəhs edərkən məhz bu barədə danışmışdı.

 

 

Son vaxtlara qədər diasporların münaqişəyə cəlb edilməsi birmənalı olaraq erməni faktoru idi, amma indi, azərbaycanlılar bir araya gəldikdən sonra artıq qarşılıqlı istifadə olunur. Niyə məhz indi?


 

Çünki insanlar həll olunmamış münaqişədən beziblər. Azərbaycan tərəfinin mvqeyindən çıxış edən Prezident İlham Əliyev həmişə deyib ki, münaqişə indi həll olunmalıdır, Ermənistan tərəfi isə status-kvo-nun yeni reallıq meydana gətirəcəyinə ümid edərək, daim bu prosesi uzadıb

 

Hər zaman ağlına gələni dilinə gətirən Nikol Paşinyan, xarici mitinqlərdən birində münaqişənin həllinin diasporla da razılaşdırılacağını qəbul edərək, təcavüzkar erməni diasporunu institusional olaraq nizamlama prosesinə qatmış oldu.

 

 

Amma son illərdə azərbaycanlılar birləşdilər və münaqişənin obyektiv mənzərəsini dünyaya götərməyə, Ermənistanın və dünyadakı erməni diasporunun yalanlarını ifşa etməyə başladılar. Dediyim kimi, diasporumuz keyfiyyət və kəmiyyət baxımından gücləndi və konkret hərəkətlərə - mitinqlər, siyasi mühitdə Azərbaycan maraqlarının təbliği və s.- keçdi.

 

 

Bütün bunlar erməni tərəfinin, xüsusilə də diasporun narazılığına səbəb olur. Axı onlar müqavimətə öyrəşməyiblər , elə buna görə də dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq tətbiq edildi. Digər tərəfdən, Ermənistandan diaspora ünvanlanan çağırışlar dünya erməniləri arasında aqressiv atmosfer yaratdı və nəticədə iğtişaşlar baş verdi.


 

Təbii ki, bu ilk növbədə bu iğtişaşların baş verdiyi ölkələrin problemidir.

 

 

Zənimcə, bu vəziyyətdə Azərbaycan iki istiqamətdə addım atmalıdır. Birincisi, bilavasitə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin binaları xəsarət aldığı halda səfirliklərimiz bu məsələ ilə fəal şəkildə məşğul olmalıdır.


 

Azərbaycan diasporunun nümayəndəsi olan həmin ölkələrin vətəndaşları isə müvafiq olaraq, ermənilərin hərəkətlərinə hüquqi qiymət verilməsi tələbi ilə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bu halda Azərbaycan söydaşlarımızın döyülməsində iştirak edən şəxslərin qanun çərçivəsində ən sərt cəza almalarının təmin edilməsi üçünvəkillərin xidmət haqqının ödənilməsində maliyyə yardımı göstərə bilər.

 

 

- Bəs misalçün, Los-Ancelesdəki aksiya zamanıermənilərin azərbaycanlılara qarşı təcavüzkar hərəkətlərinə polisin zəif reaksiyasını necə izah edə bilərsini

 

 

 

- Bu Birləşmiş ABŞ polisinin problemidir. Bilirik ki, son bir neçə ayda ABŞ polisi qeyri-mütənasib güc tətbiq etməsinə görə yerli əhali tərəfindənictimai qınaq hədəfinə çevrilib,buna görə də ordakı hər bir polis nəfəri qanunu pozan insanlara qarşı güc tətbiq etməzdən öncə yüz ölçüb bir biçir və azərbaycanlılardan bir neçə dəfə deyil, on dəfələrlə çox olan, soydaşlarımıza vəhşicəsinə hücum edən erməni nümayişçiləri bu vəziyyətdən ustalıqla istifadəı etdilər.

 

 

Bu gün sosial şəbəkələrdə azərbaycanlıların Brüsseldəki parklardan birində vəhşicəsinə döyüldüyünü təsdiq edən video görüntülər yayılıb. Videoyazıdan (red. əyani sübut) göründüyü kimi, az qala 20 nəfər erməni bir azərbaycanlıya hücum edib onu vəhşicəsinə döyür.

 

 

 

Biz baş verənlərdən müəyyən nəticələr çıxarmalıyıq. Birincisi, bu, azərbaycanlıların bu vaxtadək görünməmiş həmrəyliyidir. Bundan sonra dünyanın müxtəlif bucaqlarında yaşayan soydaşlarımız yumruq kimi bir olmalıdır. İkincisi, məlum iğtişaşlar zamanı xəsarət alan bütün soydaşlarımızın keyfiyyətli hüquqi və tibbi müdafiəsi təmin olunmalı və iğtişaş törədən, həmvətənlərimizə zor tətbiq edən bütün şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə nail olunmalıdır.

 

Bunu etsək, görərik ki, bütün dünya azərbaycanlılarının Azərbaycan dövləti ilə birləşməsi və ğlkə xaricində respublikamızın maraqlarının qorunması davam edəcək.

 

- Los-Ancelesdə baş verənlərə qayıdaq. Azərbaycanlı etirazçılardan birinin verdiyi məlumata görə, həmin gün yayılan xəbərlərdə qarşıdurmanın azərbaycanlılar tərəfindən başladıldığı iddia olunur. Qeyd etdiyiniz amillərlə yanaşı, bunu, eləcə də polisin laqeyd reaksiyasını erməni diasporunun sözügedən ştatdakı güclü mövqeyi ilə izah etmək olar?


- Əlbəttə. Məlum olduğu kimi, ermənilər məhz Kaliforniya ştatında daha sız məskunlaşıblar. Ştatın bir neçə şəhərində ümumi əhalinin yarıdan çoxunu məhz ermənilər təşkil edir. Başaqa sözlə, Kaliforniya ermənilərin dünyadakı mərkəzlərindən biridir. Buna görə də bələdiyyəyə, polisə və s. müəyyən təsir göstərə bilirlər.

 

 

Unutmamalıyıq ki, ötən il Ermənistanın baş naziri Paşinyan məhz Los-Ancelesin mərkəzi meydanında, meriya qarşısında erməni diasporunun nümayəndələri ilə görüşmüşdü.


 

Buna görə deyirəm ki, dünyanın müxtəlif yerlərində iğtişaş yaradan ermənilərin cəzalandırılmasına nail olmaq üçün məhz onların təcavüzkar hərəkətlərindən "yapışmalıyıq”.


 

Bir də belə bir məqama diqqət çəkmək istərdim: demək olar ki, iğtişaş meydanına çevrilən bütün ölkələrdə, eləcə də ABŞ-da lentə alınan video grüntülərdə muzdlu döyüşçülərin, idmançıların hərəkətlərini yönləndirən erməni kilsəsinin nümayəndələri obyektivə yaxalanıb.


 

Bu, erməni kilsəsinin azərbaycanlılara və ümumilikdə türklərə olan nifrətinin və bu nifrəti kultlaşdırdığının əyani sübutudur.

 

 

Ümumiyyətlə, tarixi kontekstdən baxsaq,görərik ki, azərbaycanlılar nifrət etməyi məhz ermənilərdən öyrənib.

 


 


OXŞAR XƏBƏRLƏR