Fərhad Əhmədovun siyasi əllaməliyi...

Fərhad Əhmədovun siyasi əllaməliyi...
 
Azərbaycanda Prezidentinin müəllifi olduğu islahatlar ardıcıl
olaraq həyata keçirilməkdədir. Ölkədə bütün diqqət qarşıdan
gələn növbədənkənar parlament seçkilərinə yönəlib. Artıq
ölkədə real fəaliyyət göstərən siyasi partiyaların mütləq
əksəriyyəti seçkilərdə iştirak etmək niyyətini ortaya qoyub.
Belə bir məqamda Rusiyada yaşayan milyader, milliyyətcə
azərbaycanlı Fərhad Əhmədov "Yol xəritəsi” adlı yazı ilə çıxış
edir. Gəlin öncə Fərhad Əhmədovun kimliyi üzərin də
dayanaq.
-Fərhad Əhmədov  Göyçayda anadan olub. On beş
yaşında Moskvaya gedərək qaynaqçı-çilingər ixtisası üzrə
texniki peşə məktəbini bitirib. 1977-ci ildə əmtəə və
əmtəəşünaslıq ixtisası üzrə ali təhsil alıb. 1987-ci ildə
"Tansley Trading" şirkəti yaradıb. Şirkət neft-qaz
sahəsində işə başlayıb. Bir müddət sonra şirkət "Farko
Qrup" adlanır. O, 2000-ci ildə İ.M.Qubin adına Rusiya Neft
və Qaz Dövlət Universitetinin aspiranturasını bitirib. İqtisad
elmləri namizədidir. Azərbaycanda qoyduğu sərmayə və
gördüyü iş vaxtilə atasının müdir olduğu AzNar adlı kiçik
zavodu almaqla bitir.

Qeyd edə ki, rusiyalı iş adamı olan Fərhad Əhmədov indiyə
qədər Azərbaycanla bağlı ciddi və böyük bir layihə həyata
keçirməyib. O, Azərbaycanın taleyüklü məsələlərində də,
torpaqlarımız işğala məruz qalanda da, yüz minlərlə soydaşımız
çadırlarda əzablı günlər keçirəndə də susmağa üstünlük verib.
Əslində, heç bir zaman Azərbaycanın yanında olmayıb. Ölkənin

diaspora fəaliyyətində də heç zaman yer almayıb, kölgədə
qalmağa üstünlük verib.
Göyçayda yaratdığı monopoliya nəticəsində yerli fermerlər
demək olar ki, müflisləşib, hətta narın xaricə satışına da qeyri-
rəsmi yasaq qoyulub. O, əhalidən narı olduqca ucuz qiymətə
alır, ancaq istehsaldan küllü miqdarda vəsait əldə edir.
Fərhad Əhmədov məlum "təhlil” yazısına qədər siyasətdə deyil,
şəxsi intriqalar və skandallar ilə gündəmdə olub. Birinci xanımı
ilə münasibətlərdə sənəd saxtakarlığına yol verməsi ona böyük
problemlər yaratdı. Belə ki, o, xanımı ilə ayrılarkən məhkəmə
sənədlərinin saxtalaşdırılmasında da "məharətini” göstərib. Bu
"məharət məhkəmə prosesində öz təsdiqini tapıb.
Daha sonra, iri italyan şirkəti ilə uzunmüddətli məhkəmə
prosesləri onu daha da "məhşurlaşdırdı”.
Yeri gəlmişkən, onun Azərbaycanın müxalif düşərgəsində də
dostlarının olduğu istisna deyil. Məsələn, F.Əhmədovun illər
öncə indi özünü Azərbaycan müxalifətinin siması hesab edən
birinə çox bahalı zinət əşyası bağışlanması da yaddaşlardan
silinməyib.
İndi gələk, iş adamının "Yol xəritəsi”nə. Əvvəlcə onu qeyd
etmək lazımdır ki, bu bir iş adamının yaza biləcəyi yazı, təhlil
deyil. Yazı sırf elmi üslubda, ixtisaslaşmış siyasi dildə, hansına
politoloq və ya beyin mərkəzində hazırlanmış məhsuludur. Bu
siyasətə qatılmaq üçün, hətta gələcəkdə ali kürsüyə iddia ortaya
qoymaq məqsədilə yerinə yetiriləcək bir missiyanın ilkin
təzahürləridir.

Təxminən durum belədir: Daha böyük iddia ortaya qoymaq
üçün əvvəlcə geniş ictimai rəyə özünü təqdim etmək,
təbliğatını qurmaqdır. Başqa sözlə desək , böyük kapital sahibi
ictimai rəydə iş adamı obrazına siyasi elementlər gətirmək
niyyətini ortaya qoyur. Bu, əslində gündəmdə qalmaq və öz
istəyiən çatmaq üçün dünyada sınaqdan çıxmış tryuklardan
biridir.
Etiraf edək ki, yazı təkcə fərdi maraq baxımından hazırlanmayıb.
Bu Rusiyanın keçmiş sovet respublikaları arasından Azərbaycana
olan "böyük sevgisinin” məhsulu da sayıla bilər. O üzdən
Rusiyanın müəyyən dairələrinin xidmət faktoru da istisna
olunmur. Rusiya Azərbaycanda baş verən bütün proseslərə
olduqca həssasdır. Dünən "Milyaderlər İttifaqı, bu gün Fərhad
Əhmədovun "Yol xəritəsi”.
Azərbaycanda siyasi sistem kifayət qədər güclüdür. Xalq xarici
müdaxilənin istənilən formasına qarşı son dərəcə həssasdır və
sarsılmaz iradəyə malikdir. Ölkənin siyasi proseslərinin bu və ya
digər şəkildə yönləndirilməsi xalqımızın mütləq əksəriyyətinin
iradəsinə söykənən dünya şöhrətli dövlət və siyas xadim İlham
Əliyev tərəfindən həyata keçirilir.
Bu baxımdan tam əminik ki, "Milyader İttifaqı” kimi, "Yol
Xəritəsi” də iflasa məhkumdur.

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...