Fərhad Əhmədov Tatyananın “elit əsgərlər”ini necə məğlub etdi? – Təfərrüat

Fərhad Əhmədov Tatyananın “elit əsgərlər”ini necə məğlub etdi? – Təfərrüat
Britaniya mətbuatında rus milyarderin yaxtasına mümkün hücum barədə şaiyələr dolaşır.

Azərbaycan əsilli rusiyalı iş adamı, messenat Fərhad Əhmədovun boşanma işi üzrə "sabun operası” artıq beş ildən artıqdır ki, davam edir. Bu günlərdə isə "kəskin epizod” baş verib. Qalmaqallı faktlara sevgisi ilə tanınan Britaniyanın "Daily Mail” qəzeti bu yaxınlarda xəbər yayıb ki, Dubay limanında park edilmiş Luna superyaxtası Ülyahəzrətin Xüsusi Qayıq Xidməti (SBS)  bölüyünün veteranları tərəfindən basqına məruz qala bilər.

Sfera.az bildirir ki, sözügedən xəbəri dərc edən qəzetçilər   istehzalarını gizlətməsələr də,  "Bloomberg” kimi daha ciddi nəşrlər bu piar aksiyasını Əhmədovların boşanma prosesində demək olar ki, hər şeyini itirən "Burford Capital” məhkəmə investisiya fondunun aqoniyası kimi qiymətləndirir.


Əhmədovlar ailəsinin etimad fonduna məxsus yaxta uzun müddətdir ki, 2016-cı ilin sonunda London Yüksək Məhkəməsi tərəfindən oynanan tamaşanın əsas dekoruna çevrilib. Sözügedən məhkəmədə "Burford Capital”ın təqdimatı və Tatyana Əhmədovanın maraqlarını müfdafiə etmək üçün prosesə cəlb edilən bahalı vəkillərin səyləri nəticəsində hakim oliqarxın keçmiş xanımına rekord məbləğdə - 600 milyon dollardan çox təzminat təyin etmişdi. Əhmədov isə Britaniya məhkəməsinin qərarını icra etmək fikrində olmadığını və Birləşmiş Krallıqda verilən qərarın icrası üçün həbs edilə biləcək aktivlərə sahib olmadığını bildirmişdi.   

O gündən artıq altıncı ildir ki, "Burford”un  emissar və kollektorları dünyanın hər yerində Fərhad Əhmədovun aktivlərini ovlamağa çalışırlar. Onların 2019-cu ildə adıçəkilən "Luna” yaxtasını həbs etmək cəhdləri, ingilislərin təbirincə desək, "epikfeyl”lə sonuclandı. Dubay məhkəməsi yaxta üzərindən həbsi götürdü, gəmiyə sahib olan ailə fondu isə gəminin bir müddət  məcburi boş qalmasına görə "Burford”a qarşı 100 milyon ABŞ dolları məbləğində iddia qaldırdı. Bu olayda fondun səhmləri 70% ucuzlaşdı, səhmdarlar  uğursuzluğa düçar olan  məhkəmə investisiya fondunun qiymətli kağızlarından qurtulmağa tələsdilər.
"Bloomberg” yazır ki, nəticədə rusiyalı iş adamı təkcə özgə puluna həris "Burford Capital” şurkətini deyil, həmçinin "yağlı boşanmalar” sayəsində varlanmaq iştahasında olan Britaniya ədliyyə sisteminə də gözəl dərs verdi.
 
"Aktivlərini dünyanın istənilən yerinə daşımağa qadir və məhkəmə hökmünü ləğv etdirməyə qərarlı biri ilə qarşı-qarşıya qoyulan London məhkəməsi qərarının yazıldığı kağız qədər dəyəri yoxdur. Bu iş dünyanın varlı adamlarının tənzimlənən arbitraj, bir yurisdiksiyanın digərinə qarşı oyunu, qeyri-şəffaf əməliyyatlar və mülkiyyət hüququnun ötürülməsi sayəsində öz aktivlərini necə qoruya bildiklərini nümayiş etdirir”,- deyə "Bloomberg”in köşə yazarı Conatan Brauninq yazır.

Yəni, mahiyyət etibarilə  boşanma çəkişməsi  Fərhad Əhmədovun xeyrinə başa çatdı. Milyarder  daim hədəfinə çatdığını və həmişə qalib gəldiyini sübut etdi, həm də tərifli Britaniya məhkəməsinə yaxşı dərs verdi. Sahibkar sübut etdi ki,  Rusiyaya qarşı tətbiq olunan sanksiyalar kimi, oliqarxlarımızın pullarını ələ keçirmək cəhdləri də uğursuzluğa məhkumdur.

Bu fonda "Daily Mail”in elə bu günlərdə yayımladığı məlumatlar xüsusilə məzəli görünür.
 
"Rusiyalı oliqarxın keçmiş xanımı "Luna”ya hücum etmək üçün birinci dərəcəli elit əsgər heyətini işə götürüb", - 19 may tarixli tabloidin başlığında deyilir. "Elit əsgər” deyəndə isə SBS Xüsusi Qayıq Xidmətinin veteranları nəzərdə tutulur.
 
 
Əslində bu cəfənfg xəbər şərh tələb etmirdi, amma Fərhad Əhmədovun sözçüsü "Daily Mail”ə açıqlama verərək bildirdi ki,  "Britaniya xüsusi kəşfiyyat xidməti əməkdaşlarının Rusiyaya məxsus yaxtaya basqın etmək məqsədi ilə Dubaya gəlməsi fikri absurddur. Bu, Tatyananın  məhkəmə prosesini maliyyələşdirən və aparan "Burford Capital”ın  ümidsizlikdən aldanışa keçdiyini göstərir".

Göründüyü kimi, elə Tatyananın özü də uzun müddətli gizli prosesdən sözün həqiqi mənasında ağlını itirmək üzrədir. Xanımın ətrafındakı insanların dediyinə görə, çoxsaylı məhkəmə iclaslarından sonra o, dərin  psixoloji depressiya vəziyyətinə düşüb. 
 
Mətbuatda yazılırdı ki,  Fərhad Əhmədova Tatyanaya 100 milyon, "Burford Capital”a isə 30 milyon ödəmə etməsi müqabilində gələcəkdə ona qarşı maliyyə iddialarından imtina edilməsi təklif edib. Amma oliqarx "Burford” nümayəndələri ilə hər hansı bir danışıq apardığını qəti şəkildə təkzib etdi. Fərhad Əhmədovun sözlərinə görə, o, heç vaxt terrorçularla (red. hətta qanun keşikçisi cildində olanlarla belə) danışıqlar aparmayıb, bundan sonra da aparmaq niyyətində deyil.
 
Selcan
Sfera.az
Mənbə: Versia.ru
 
 
 

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...