Fərəc Quliyev evini yarım milyona satışa çıxardı - FOTO

Fərəc Quliyev evini yarım milyona satışa çıxardı - FOTO

Deputatlığa namizəd Fərəc Quliyev Bakıda mənzillərindən birini satışa çıxarıb.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

O bildirib ki, Fərəc Quliyev Nərimanov rayonunda, Hənifə Ələsgərov küçəsindəki elit binada 240 kvadratmetrlik 4 otaqlı lüks təmirli mənzilini 550 min manata satışa çıxarıb.

 

C.Həsənlinin sözlərinə görə, mənzil əmlak şirkətləri vasitəsilə yanvarın 22-də satışa təqdim olunub.




OXŞAR XƏBƏRLƏR