\"Fənərbaxça\" klubunun idman direktoru istefa verib
15:45 / 16.01.2020
1922
Türkiyənin "Fənərbaxça" klubunun idman direktoru Damien Komolli vəzifəsindən istefa verib.
Sfera.az xəbər verir ki, bu barədə xəbəri klubun rəsmi saytı yayıb.
Fransalı mütəxəssisin istefa verməsinin səbəbi hələlik məlum deyil.
Onun klubdan ayrılması ilə bağlı açıqlanan xəbərdə deyilir: "12 iyun, 2018-ci ildə "Fənərbaxça"da idman direktoru vəzifəsinə başlayan cənab Damien Komolli bu gün istefa verib. Vəzifədə olduğu müddətdə gördüyü işlər üçün ona təşəkkür edir və gələcək karyerasında uğurlar diləyirik".