\"Fənərbağça\" \"Qalatasaray\"ı 7 cavabsız qolla məğlub etdi
22:33 / 07.12.2021
2549
Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" klublarının qadın komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sfera.az-ın məlumatına görə, qadın zorakılığına qarşı maarifləndirmə məqsədilə "NEF Stadionu"nda təşkil olunmuş görüşdə "sarı-lacivərdlilər" "Cim-Bom"u darmadağın edib. Qonaqlar rəqibin qapısından 7 cavabsız top keçiriblər.
Revanş qarşılaşması 2022-ci ildə "Ülker" stadionunda oynanılacaq.