“Femina»nın sahibi qaçqın statusu ilə müavinət alırmış- ŞOK İDDİA
Azərbaycanın ən böyük xəz-dəri satışı mərkəzinin rəhbəri Salman Mirzalıyev təkcə müştərilərini deyil,
elə dövləti də aldadırmış
Azərbaycanda xəz-dəri satışı ilə məşğul olan azsayda firma olsa da, onların bəzilərinin doğru-düzgün işləmədikləri
də aydınlaşmaq üzrədir. Bu bazarda önəmli yerlərdən birini tutan «Femina» isə işlərinin gedişatında lap «gül» vurub.
Məlumatlarda vurğulanır ki, firmanın Bakıya gətirdiyi və müştərilərinə Yunanıstan, İtaliya, hətta Kanada malı kimi təqdim
etdiyi xəz-dərilərin əslində Çindən gətirildiyi üzə çıxıb. Müştərilərin bir çoxu artıq mətbuata və rəsmi qurumlara üz tutaraq,
onlara Avropa malı adı altında baha qiymətə satılmış məhsulların Çində istehsal olunduğu səbəbindən aldadıldıqlarından
şikayətçi düşüblər. Tələbləri də budur ki, dəymiş zərər ödənilsin.
"Femina»nın sahibi o qədər irəli gedib ki, hətta onlardan mal alan şəxsləri ələ salmaqdan da çəkinmir. Məsələn, qiyməti
4-5 min manat olan xəz-dərinin İtaliya, Yunanıstan və ya Kanada malı olduğu deyilsə də, içində Çin istehsalı olduğu yazılmış
«birka»sı göz çıxarır.
Qeyd edək ki, «Femina»nın firma mağazası «Sədərək» Ticarət Mərkəzində yerləşir və satışa çıxardıqları malların ən ucuzu
4500 manatdır. Lakin dükana yaxınlaşıb mal almaq istədikdə qiymətlər dəyişməyə başlayır. Məsələn, 4500 manatlıq xəz
paltodan 2000 manat endirim edib, müştərini cəlb etməyə çalışırlar. Sonradan bu rəqəm daha 500 manat aşağı salınır.
Əgər alıcı almadan çıxıb gedərsə, qapıdaca ona 1400 manatlıq bir təklif gəlir. İndi sual olunur: Kanada və ya Yunanıstanda
istehsal olunmuş xəz-dəri palto necə olur ki, Bakıda 1400 manata satılır? Hərçənd istehsalçı ölkənin özündə qiymətlər
2000 avrodan başlayır.
«Femina» müştərilərinin bir qismini «Sədərək»də barmağına dolasa da, bir qismini də filialı olan «Monika» mağazasında
ələ keçirməyə çalışır. Alıcıların bəziləri iddia edirlər ki, «Monika»da satılan xəz-dəri məhsullarının böyük əksəriyyəti geyinilmiş
və ya ikinci əl mallardır. Elə qiymətləri də xeyli aşağıdır.
«Femina»nın sahibi Salman Mirzalıyevdir. Onunla bağlı ilginc məlumat ondan ibarətdir ki, firmanın rəhbəri ermənilər tərəfindən
işğal olunmuş rayonlarımızdan birindəndir. Mənbə bildirir: «Böyük maddi imkanlarına baxmayaraq, Mirzalıyev cənabları məcburi
köçkün statusundan yararlanaraq, müavinət belə alır. «Femina»nın sahibi hətta körpələr evinin otaqlarını da zəbt edərək,
orada yaşayır».(veteninfo.az)