Fələstin İsrailin qarşısına bir il vaxt qoydu: \"Təkliflərdən biri seçilməlidir\"

Fələstin İsrailin qarşısına bir il vaxt qoydu: \
Fələstin prezidenti Mahmud Abbas İsrail dövlətinin qarşısına işğalı dayandırmaq üçün bir il vaxt qoyub. 
 
Sfera.az xəbər verir ki, Mahmud Abbas İsrail-Fələstin probleminin iki dövlətli həlli uğursuz olarsa, ya BMT-nin 1947-ci il 181 saylı bölünmə qətnaməsinə geri dönəcəklərini, ya da hər kəsin bərabər siyasi bərabərliyə malik olduğu tarixi Fələstin torpağında tək dövlətli həll yoluna gedəcəklərini söyləyib.
Fələstin lideri bu barədə işğal olunmuş İordan çayının qərb sahilindəki Ramallah şəhərindən video mesajla Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı 76 -cı Baş Assambleyasında çıxış edən zaman danışıb. 

İsrailin imzalanan müqavilələrə riayət etmədiyini və bütün sülh təşəbbüslərindən çəkindiyini vurğulayan Mahmud Abbas "İşğalçı dövlətə Şərqi Qüds də daxil olmaqla 1967 -ci il sərhədlərini işğalına son verməsi üçün bir il veririk. Bu müddət ərzində Yaxın Şərq dördlüyünün (Rusiya, ABŞ, Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı) nəzarəti altında sərhəd çəkməyə və bütün problemləri həll etməyə hazırıq. Əks halda, niyə 1967-ci il sənədlərinə uyğun İsrail sərhədini tanımağa davam edək?", - deyə bildirib. 

Fələstin xalqının İsrailin işğalını və irqi ayrıseçkilikçi dövlət siyasətini gücləndirmək səylərini qəbul etməyəcəyinə diqqət çəkən Mahmud Abbas hər kəsin tam siyasi hüquqa malik olaraq bir dam altında tarixi torpaqlarda yaşaya biləcəyinə diqqət çəkib. 

Fələstin prezidenti bu təkliflərin İsrail üçün bir seçim olduğunu qeyd edərək, İsrailin təkliflərdən biri ilə razılaşmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, İsrailin "1967-ci il sərhədləri, köçkün fələstinlilərin geri dönmə haqqı və qeyri -qanuni yəhudi yaşayış məskənlərinin inşası" ilə razılaşmaması səbəbindən İsrail və Fələstin arasında sülh danışıqları 2014 -cü ilin aprelində dayanıb.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR