Fəhlə, satıcı işləyib - Məşhur aparıcı yaşadığı çətinliklərdən danışdı

Fəhlə, satıcı işləyib - Məşhur aparıcı yaşadığı çətinliklərdən danışdı

Məşhur aparıcı Anar Nəcəfli "Şou Atv" verilişinin qonağı olub.

Sfera.az xəbər verir ki, veriliş zamanı aparıcının həyatı haqqında süjet efirə gedib.

Məlum olub ki, aparıcı çətin günlər keçirib, o, fəhlə və satıcı işləyib:

"Ucarda doğulmuşam.1998-ci ildə Bakıya gəldim. Universitetdə jurnalistika fakültəsini bitirəndən sonra iş tapmırdım. İşsiz qalmamaq üçün tikintidə fəhlə işləmişəm, elə vaxt olub ki, satıcı da işləmişəm. Son bir ilə kimi heç evim də yox idi, kirayədə yaşayırdım. Bu yerlərə əziyyətimlə gəlib çıxmışam. Nə xoş mənə ki, bu əziyyəti görmüşəm. İndiki gənclər sanki əziyyət çəkmək istəmirlər. İşə gedən kimi məvacibi soruşurlar. Amma biz belə olmamışıq. Hamı elə bilir neçə ilin aparıcısıdır bunun evi, maşını, hər şeyi var. Amma onların heç biri məndə yox idi. İndi də evdəkilər mənim üzümü görmür. Uşaqlar məni gün ərzində maksimum bir saat görür. Səhər altıdan axşam ona kimi işdə oluram". (yeni sabah)


OXŞAR XƏBƏRLƏR