"Fədakar Sahibkar" nominasiyası üzrə mükafat təsis edilsin – Ceyhun Osmanlı

Azərbaycan Yaşıllar Hərəkatının lideri Ceyhun Osmanlı ictimai rəydə maraqla qarşılanan təşəbbüslə çıxış edib.


Sfera.az-ın məlumatına görə, o İqtisadiyyat Nazirliyinə müraciət edərək "Fədakar Sahibkar" nominasiyası üzrə mükafatın təsis edilməsini təklif edib:

 

"Restoranların işləmədiyi dövrdə kirayə almayan obyekt sahibləri, özəl məktəb və bağçaların işləmədiyi halda müəllimlərin maaşını kəsməyən sahibkarlar, zavodların satışı azalsa da maaşları azaltmayan biznes sahiblərini və onlarla başqa fədakarlıq nümunələrini xalqa tanıtmaq və onları mükafatlandırmaq lazımdır”.


OXŞAR XƏBƏRLƏR