Fazil Mustafa çıxış yolu tapdı

Fazil Mustafa çıxış yolu tapdı

Koronavirusla əlaqədar olaraq kütləvi toplantıların təxirə salınması seçiciləri ilə görüşmək niyyətində olan deputatların da işini çətinə salıb. Amma millət vəkili Fazil Mustafa bu problemdən çıxış yolu tapıb.

 

 

Sfera.az xəbər verir ki, deputat bildirib ki, o öncədən vəd vermişdi ki, hər ay Bakıxanov qəsəbəsinin ayrı-ayrı məhəllərlərdə yerləşən mərasim evlərində seçicilərlə geniş tərkibli görüşlər keçirəcək:

"Lakin məlum epidemiya problemi bu vədin gerçəkləşməsini mümkünsüz edir. Müvəqqəti olaraq bu vədimizi yerinə yetirə bilməyəcəyik və bunu anlayışla qarşılayacağınıza ümid edirəm. 

Lakin "Bakıxanov seçiciləri ilə təmas qrupu" adlı yenicə açdığım profil üzərindən dostluq göndərən bütün internet istifadəçisi olan seçicilərlə mesajlaşma və yaxud on-line formasında təmasımız olacaq. 

Digər tərəfdən seçicilərin hər birində mobil telefonum var, bu telefon vasitəsi ilə də gün ərzində şikayət, ərizə və təkliflərini şifahi şəkildə çatdıra bilərlər. İndiki şəraitdə ən optimal təmas vasitələrindən biri də, yazılı müraciətlərin 26 saylı seçki dairəsinə təqdim etməkdir, köməkçim dərhal həmin müraciəti mənə çatdıracaq və dərhal lazımi prosedur qaydaları həyata keçiriləcək. 

Necə deyərlər, yaranmış şəraitdə mümkün əlaqə formasının bu cür gerçəkləşdirməyi düşünürük”. (yeni sabah)

 


OXŞAR XƏBƏRLƏR

MAQATE baş direktorundan Zaporojye AES-lə bağlı HƏYƏCAN TƏBİLİ: "Hər an..."

“Zaporojye atom elektrik stansiyasına (ZNPP) olan son hücumlar stansiyanın təhlükəsizliyinə görə riskləri azaltmaq üçün razılaşdırılmış prinsiplərdən biri...

İrandan SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.   Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirini...

Məşhur azərbaycanlı müğənni: "Həyat yoldaşımla “TikTok”da tanış olmuşuq” - VİDEO

Bir neçə gün öncə ailə quran müğənni Xəyalə Manaflı həyat yoldaşı ilə tanışlığından danışıb.   “Qafqazinfo” xəbər verir ki, ATV telekanal...

Masazırda evdən 85 min manatlıq qızıl OĞURLANDI

Masazır qəsəbəsində evdən oğurluq edilib.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 m...

Mexikoda helikopter QƏZASI - Ölənlər var

Meksikada şəxsi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentli...

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat ver...