Fazil Mustafa: \"Bunu demək üçün düşmən olmalısan\" - VİDEO

Fazil Mustafa: \
 

"Dövlət döyüşən yerdə hamı ona, orduya dəstək çıxmalıdır”.

Sfera.az  xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa "Space” kanalında yayımlanan "Sadə həqiqətlər” verilişində qonaq olarkən deyib.

O bildirib ki, erməni hücum edən kimi informasiya məkanında da hücum başlayır:

"Sanki proses bir mərkəzdən idarə olunur. Erməni hücum edib, hər kəs dövlətlə bir yerdə istər xaricdə, istərsə, sosial şəbəkələrdə hücumun qarşısında durmalıdır. Amma hamı körpüdə deşik axtarmağa başlayır. Ordumuzda bu var, filan şeyi səhv etdik, başqa biri deyir ki, hücumu Xankəndinə, Şuşaya keçirmək lazımdır. Hər kəs öz mülahizəsini ortaya atır. Halbuki belə situasiyada hər kəs orduya necə dəstək olacağı ilə bağlı düşünməlidir. Burada da çox zaman üst-üstə düşən tezislər ondan ibarətdir ki, xaricdə də bir çox hallarda bu qüvvələrin arxasında həmən ölkələrə təsir imkanları geniş olan erməni şəbəkəsi müəyyən dərəcədə ilham verir. Xaricdə oturmusan və hərbçisən, tövsiyələrini yaz. De ki, filan istiqamətdə, filan addımlar atılsa, daha yaxşı olar. Qoy səni eşitməsinlər, amma sən cəmiyyət qarşısında de ki, mən gücüm çatanı etdim”. 

Deputat sabiq Müdafiə naziri Rəhim Qazıyevin insanları küçələrə səsləməsi ilə bağlı məsələyə münasibət bildirib:

"Keçmiş Müdafiə naziri media vasitəsilə çıxıb insanları küçələrə səsləyir. Sən elə bacarıqlıydınsa, torpaqların itirilməsinə imkan verməzdin. Rəhim Qazıyev sosial şəbəkədə insanları küçələrə səsləyərək, müəyyən mənada da tezis verir ki, o torpaqları hakimiyyət verib. Bunu hansı düşmən olmayan adam deyə bilər? Bunu demək üçün düşmən olmalısan. Ümumiyyətlə, belə bir fikri cəmiyyətə söyləməkdən böyük cinayət yoxdur. Bunların hamısı cəbhədə olmuş adamlardır. Heç cəbhədə dediklərini tətbiq etməyiblər. İndi bu adamlar 20-25 ildən sonra deyir ki, Xankəndini belə vursan, Şuşanı elə vursan yaxşıdır. Sən əgər bu fikirlərində səmimisənsə, Müdafiə Nazirliyinə təkliflərini göndər. Azərbaycan dövləti güclüdür və belə şeylərlə ona zərbə vurmaq mümkün deyil. Uzaqbaşı ermənilərə epizodik sevinc yaşadacaqsınız. Bu günlərdə bir şeyi unutmamalıyıq ki, döyüş xəttində könüllü birliklər döyüşmür. Orada dövlət döyüşür, erməninin qarşısında dövlətin şəxsiyyəti durub. Dövlət döyüşən yerdə hamı ona, orduya dəstək çıxmalıdır”. 




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...