Faşist Breyvik Ermənistanda qəhrəmana çevrilib

Faşist Breyvik Ermənistanda qəhrəmana çevrilib

 

 

Amansız qatil, terrorçu, məhkum olunmuş cinayətkar Anders Breyvik Ermənistanda qəhrəmana çevrilib. O, erməni rəssam Maksim Qikinyan üçün ilham mənbəyidir. Rəssam "Terlemezyan xatirələri” adlı sərgidə Breyvikin portretini Ermənistanın bayrağı fonunda sərgiləyib.

Terlemezyan məktəbini 40 il əvvəl bitirmiş yeddi məzunun işləri orada təqdim olunub. Lakin məhz bu "iş” diqqət mərkəzində olub.

Müasir faşizmin rəmzinə çevrilmiş Anders Breyvik hansı səbəbdən bu cür diqqətə layiq görülüb?

Ermənistan mətbuatının məlumatına görə, norveçli terrorçu "Yaşasın Ermənistan” ifadəsini işlədib. Buna görə də 70 yaşlı M.Qikinyan Breyvikin rəsmini çəkməklə hansısa səhvə yol verdiyini hesab etmir.

"O, (Breyvik – red.) özünün ağır vəziyyətində erməni xalqını unutmayıb. Onu ittiham edirlər, o "günahkar deyiləm” deyir”, - erməni rəssam qeyd edib.

Əlbəttə ki, M.Qikinyan yalan danışır. 2017-ci ildən Fyotolf Hansen adı ilə məşhur olan Anders Berinq Breyvik Norveç milliyyətçisi, protestant fundamentalisti, 2011-ci il iyulun 22-də Oslonun mərkəzində partlayışın və Norveçin hakim Əmək Partiyasının gənclər düşərgəsinə hücumun təşkilatçısı və icraçısıdır.

O, törətdiyi cinayətləri etiraf edib. Sadəcə olaraq, kütləvi qətlin cinayət olduğunu hesab etmir. Bu isə ASALA terrorçularını mədh edən erməni ideologiyası ruhuna tam uyğundur. O, 77 nəfərin qətlində və 151 nəfərin (aralarında xeyli sayda yeniyetmə var) xəsarət almasında təqsiri olduğunu etiraf edib, lakin bunun cinayət olduğunu düşünmür.

Breyvik 2012-ci il avqustun 24-də təqsirkar bilinərək 21 il müddətinə (Norveçdə maksimum həbs müddətidir) azadlıqdan məhrum edilib. İla həbsxanasına yerləşdirilən Breyvikin həbs müddəti qeyri-məhdud müddətə uzadıla bilər.

Ermənistanın Rəssamlar İttifaqı sosial şəbəkələrdə qalxan səs-küyü "təxribat” adlandırıb.

İttifaqın sədri Suren Safaryan qeyd edib ki, qurum sərgini təşkil etməyib, sadəcə olaraq, sərginin keçirilməsi üçün məkan ayırıb (!) və belə olan halda İttifaq rəssama hansısa rəsm əsərini təqdim etməyi qadağan edə bilməz.

Breyvik erməni yeniyetməni öldürsəydi, çətin ki, bu, mümkün ola bilərdi. Amma o, gürcüstanlı qız Tamta Lipartelianini soyuqqanlı şəkildə güllələyib. Lakin bu, erməni tərəfini maraqlandırmır. Əsas odur ki, Breyvik Ermənistanı tərifləyib.


OXŞAR XƏBƏRLƏR

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər...

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...