Fars körfəzində İran neft tankeri ələ keçirdi
16:05 / 18.07.2019
3160
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində qaçaq neft yükü daşıyan tanker ələ keçirdiyini bəyan edib.
Virtualaz.org RT-yə istinadən xəbər verir ki, tanker Larak adasının yaxınlığında saxlanılıb.
Xatırladaq ki, bu günlərdə ABŞ İranın Hörmüz boğazında BƏƏ-yə məxsus neft tankerini ələ keçirdiyini açıqlamışdı.