“Fars körfəzi - Qara dəniz nəqliyyat dəhlizi xülyadan başqa bir şey deyil!” – Qabil Hüseynli

“Fars körfəzi - Qara dəniz nəqliyyat dəhlizi xülyadan başqa bir şey deyil!” – Qabil Hüseynli
"Ermənistan xülyalarla yaşayan ölkədir. Görünür, indi də Fars körfəzindən - Qara dənizə nəqliyyat dəhlizinin yaradılması xülyasına düşüblər”.

Bu sözləri Sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın "İrəvan İranla yaxın zamanlarda Fars körfəzi - Qara dəniz nəqliyyat dəhlizinin yaradılması haqqında razılaşma imzalayacağına ümid edir" sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, İran Zəngəzur dəhlizinin açılması ilə barışmaq istəmir, buna görə də alternativ bir nəqliyyat dəhlizi ərsəyə gətirmək sevdasına qapılıb:
"Ermənistan üçün Zəngəzur dəhlizinin açılması da, açılmaması da mahiyyətcə eynidir. Məsələ ondadır ki, dəhlizin açılması Ermənistanın Gürcüstandan başqa həm də Azərbaycan üzərindən Rusiya bazarına çıxmaq, eyni zamanda Mərkəzi Asiya ölkələri ilə əlaqələr yaratmaq imkanı yaradır. Yəni Ermənistan Zəngəzur dəhlizinin açılmasını istəmir, kimi görünsə də bunu ən çox istəyən ölkələrdəndir. Digər tərəfdən, rəsmi İrəvan Tehranın Zəngəzur dəlizinin açılması reallığından nə dərəcədə narazı olduğunu yaxşı bilir. Buna görə də bu narahatlıqdan istifadə edərək Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılmasını dəstəkləyir.
 
Əlbəttə, Ermənistan bu dəhlizin ərsəyə gəlməsi üçün maliyyə imkanlarına sahib deyil. Xüsusilə də qeyd edilən dəhlizin uzunluğu və Ermənistanın coğrafi olaraq dağlıq olması layihənin reallaşması üçün külli miqdarda vəsaitə ehtiyac yaradır. Ermənistanın isə bu xərcləri qarşılayacaq iqtisadiyyatı yoxdur.
Ararat Mirzoyan əslində İrəvan İranla yaxın zamanlarda Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması haqqında razılaşma imzalayacağına ümid edir deyərək razılaşmanın Ermənistanın şərtləri ilə əldə edilməsindən bəhs edir. Beləcə Ermənistan həm Zəngəzur dəhlizinə, həm də Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinə sahib olaraq regionun İsveçrəsi ola biləcək. Bildiyiniz kimi, İsveçrə də Avropanın tam mərkəzindədir və sadəcə magistral yollar ilə büdcəsini doldura bilir. Ermənistanın istədiyi də tam olaraq budur".

Politoloqun sözlərinə görə, Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması indiki halda mümkün deyil:

"Birincisi, hər şeydən önəmli coğrafi faktor buna imkan vermir. Ermənistan bütövlükdə dağlıq ərazilərdən ibarətdir. Belə bir layihə bu coğrafi imkanlar ilə tez bir zamanda və az xərclə başa gələ bilməz.
 
İkincisi, nə İran, nə də Ermənistanın bu layihəni reallaşdırması üçün lazımi iqtisadi potensialı yoxdur. xarici investorların cəlb edilməsi isə real deyil. İran mənfi beynəlxalq imici səbəbilə heç bir xarici investor bu layihəyə vəsait ayırmaz.

Üçüncüsü, Ermənistanın Qara dənizə birbaşa çıxışı yoxdur. Deməli bu layihəyə Gürcüstan və ya Türkiyə cəlb edilməlidir. Rəsmi Ankara və Tiflis isə Bakı ilə həmfikir siyasət aparır. Yəni bu layihənin icra edilməsi Azərbaycan, Gürcüstan və Türkiyədən asılıdır”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...