““Falçı” deyiləndə heç tüpürmək belə istəmirsən...” - Etiraz

““Falçı” deyiləndə  heç tüpürmək belə istəmirsən...” - Etiraz
 Sfera.az xəbər verir ki, məşhur astroloq Firudun Qurbansoy astrologiya elmi ilə vidalaşıb. Bu barədə o yeni sabah-a açıqlamasında bildirib. O, deyib ki, bu elmdən uzaqlaşmasına səbəb bəzi şəxslərin onu "falçı” adlandırması olub:
 

"Mühit bir az başqadır adama başqa sözlər deyirlər, falçı adlandırırlar. Bunu saytlarda da yazırlar. Elə sözlər yazırlar ki, özü kimilər də oraya rəy yazırlar. Ev-eşik var, qohum-əqrəba var, nəyə lazımdır bunlar? 

Mən alim adamam, elm mütəxəssisiyəm. Götürüb haqqında "falçıdır” yazsalar, kimin xoşuna gələr? Mən də daha astrologiya ilə məşğul olmuram, ona görə ki, camaat onu başa düşmür, mən də onlara hörmət edərək, deyirəm, "yaxşı, qalın cəhalətdə”.  

Hazırda  filologiya ilə məşğulam.  Qədim dövr və orta əsrlər mütəxəssisiyəm. Bu sahələri də mükəmməl öyrənmişəm, bundan başqa öyrəndiyim o qədər elmlər var ki, heç adını eşitməyiblər”.  

F. Qurbansoy deyir ki, bir adam haqqında astroloji proqnozu öyrənmək üçün minimum 6 saat vaxt lazımdır. "Bir proqnoz verirəmsə bu nəhəng zəhmətin nəticəsidir, amma bundan sonra adama "falçı” deyiləndə  heç tüpürmək belə istəmirsən bu sənətə.  

Bu gün hansı sahənin professionalı var? Hamısı həvəskardır. Bu gün professionalların it dəftərində adı yoxdur, acından ölür. Akademiyaya baxın, əsl alimlər acından ölür, amma bəziləri var ki, neçə min maaş alırlar. Hələ bir cümlə yazıb, ortaya fikir qoymurlar. Ondan-bundan, öz əməkdaşlarından oğurlayırlar. 

O vaxt insanlar pul tökürdü, özünün, ailəsinin qoroskopunu tərtib edirdi, saxlayırdı ki, bundan istifadə etsin. Mən çıxıb cəmiyyət üçün proqnoz verirəm, istifadə etmirlər, hətta bunu fal adlandırırlar. 

Vəziyyət heç də könülaçan deyil. Nə dini bilirlər, nə elmi”.



OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...