Faciəvi avtobus qəzasında həyatını itirən şəxslər - FOTO

Faciəvi avtobus qəzasında həyatını itirən şəxslər - FOTO
Oktyabrın 13-də səhər saatlarında aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində baş verən qəzada həlak olanlardan ikisinin fotosu yayılıb.

Sfera.az xəbər verir ki, bunlar Kəmalə Babayeva və İlham Aslanovdur.

1985-ci il təvəllüdlü K.Babayeva Buzovnada yerləşən Sanator - Kurort Reabilitasiya Mərkəzində çalışıb. 36 yaşlı K.Babayeva üç uşaq anası olub.

Faciəvi qəzada həyatını itrən İlham Aslanov isə Gədəbəydən olsa da, ailəsi ilə birlikdə Bakıda məskunlaşıb. İki il öncə ailə həyatı quran İlhamın bu evlilikdə Yusif adlı övladı dünyaya gəlib.

Məlumata görə, İlham Aslanov fəhlə kimi çalışırmış. Hadisənin baş verdiyi gün o, elə bu məqsədlə səhər saatlarında evdən çıxıb.

İş burasındadır ki, həmin gün İlhamın iş günü olmayıb. Sadəcə, iş yoldaşı İlhamdan onu üç gün əvəz etməsini xahiş edib. İlham da əlavə gəlirə görə bu xahişlə razılaşıb.

Qeyd edək ki, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...