\"Facebook\"dan yeni qərar: 1 milyarddan çox insanın bu məlumatları silinəcək

\
"Facebook” üz tanıma sistemlərini bağlayacağını açıqlayıb.
 
Sfera.az bildirir ki, bu barədə platformanın süni zəka üzrə vitse-prezidenti Jerome Pesenti məlumat yayıb.  O, üz tanıma bölməsini seçmiş insanların artıq foto və videolarda avtomatik müəyyən edilə bilməyəcəyini deyib.

"Bununla bağlı xüsusilə tənzimləyicilərimiz dəqiq qaydalar müəyyən etmədiyinə görə, yaranan kütləvi narahatlıqlar səbəbilə, üz tanıma sistemi istiqamətində mümkün vəziyyəti nəzərdən keçirməliyik”, - deyə "Facebook" rəsmisi əlavə edib. Pesenti bu sahədə çalışmaların davam edəcəyini vurğulayıb. 

Qeyd edək ki, "Facebook”un yeni qərarına görə, 1 milyarddan çox istifadəçinin üz tanıma sistemlərindəki məlumatları silinəcək.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR