"Facebook"a 5 milyard dollarlıq cəza

"Facebook" 87 milyon seçicinin şəxsi məluatlarını şirkətlərə verdiyi üçün 5 milyard manat cərimələnib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə ay əvvəl seçicilərin şəxsi məlumatlarını digər şirkətlərə verdiyi iddia edilən "Facebook" haqqında qərar verilib. ABŞ Federal Ticarət Komissiyasında səs çoxluğu ilə bəhs edilən sosial şəbəkənin 5 milyard dollar dəyərində cərimələnməsi qərara alınıb. Hökmün yerinə yetirilməsi üçün ABŞ-ın Ədliyyə Nazirliyinin icazəsi gözlənilir
 

OXŞAR XƏBƏRLƏR