Facebook-da çoxdan gözlənilən YENİLİK
18:13 / 24.02.2016
2045
Dünyanın ən populyar sosial şəbəkəsi Facebook "Like"a 5 alternativi işə salıb.
Sfera.az Gizmodo-ya istinadən bildirir ki, bundan belə istifadəçilər yeni ikonalar vasitəsilə yalnız "Bəyəndim" mövqeyini bildirməyəcək, habelə "güləcək", "heyrətlənəcək", "qəmlənəcək", "hirslənəcək" və ya "eşq izharı" edəcəklər.
Yeni "emoci"ni nümayiş etdirmək üçün veb-versiyada kursoru "Bəyəndim" kəlməsinin üstünə apararaq gözləmək, mobil versiyada isə "Like"i basmaq gərəkdir.
"Emoci"lərin testləri ötən ilin oktyabrında başlamışdı.
İndisə hər istifadəsi "smaylik"lərdən istifadə edə bilər.