“Facebook” 1 milyon avro məbləğində cərimə olundu

“Facebook” 1 milyon avro məbləğində cərimə olundu
 

İtaliyanın fərdi məlumatların mühafizəsinə dair təşkilatı dünyaca məşhur sosial şəbəkəni "Cambridge Analytica” şirkəti ətrafında yaşanan qalmaqal ilə bağlı qayda pozuntusuna görə 1 milyon avro məbləğində cərimə edib.

 

İtaliya mətbuatı yazır ki, Britaniya şirkəti təxminən 87 milyon "Facebook” istifadəçisinin razılığı olmadan onların şəxsi məlumatlarını toplayıb və fərdi siyasi reklam üçün istifadə edib. Məlumatların ötürülməsinin 2016-ci ildə Brexit üzrə keçirilən referendumda və həmin ildə Donald Trampın qələbəsi ilə yekunlaşan ABŞ-dakı prezident seçkilərində seçicilərin əhval-ruhiyyəsinə təsir etməsi ehtimal olunur.

 

Təhlükəsizlik təşkilatının məlumatına əsasən, cərimə 57 nəfər italyanın "Facebook” loqini vasitəsilə "ThisIsYourDigitalLife” tətbiqini yükləməsi ilə bağlıdır. Belə ki, bu tətbiq "Cambridge Analytica” şirkəti tərəfindən məlumatların toplanması üçün istifadə edilib.

 

Yükləmələrdən sonra tətbiqi yükləməyən və razılığını verməyən və ya məlumatlandırılmayan daha 214,077 italyan istifadəçi barədə də məlumat əldə olunub. Lakin bu məlumatların faktiki olaraq "Cambridge Analytica” şirkətinə ötürülmədiyi bildirilib.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...