F-35 gərginliyi böyüyür: “Vaşinqton pulu verməsə, Ankara bu addımı atacaq”
15:30 / 18.10.2021
809
"ABŞ
ilə Türkiyə arasındakı F-35 gərginliyi səngimək bilmir. Məsələ ondadır ki, rəsmi
Ankara 185 mlrd. dollar verməsinə baxmayaraq, Vaşinqtondan hələ də F-35
qırıcılarını ala bilmir. ABŞ tərəfi isə öz növbəsində Türkiyənin həmin pulla
Rusiyanın SU-35 təyyarələrini almasından ehtiyat edərək əvəzində Ankaraya həmin
pulla F-16 təklif edir”.
Məsələ
ilə bağlı Sfera.az-a açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, bu məsələdə
Türkiyənin mövqeyi və iradları haqlıdır:
"Rəsmi
Vaşinqton Türkiyənin strateji müttəfiqi adlandırır, bununla belə ona hələ də
güvənmədiyi ortadadır. Ankara bu günə qədər bir dəfə də olsun, Vaşinqtonu yanıltmayıb,
buna baxmayaraq ABŞ-ın mövqeyi anlaşılmazdır. İstənilən
halda ABŞ müqaviləyə əməl etməli və Türkiyəyə 185 mlrd. dolların qarşılığında
F-35 təyyarələrini verməlidir. Yox, əgər bunu istəmirsə, Türkiyənin ödədiyi məbləğ
artıqlaması ilə geri qaytarılmalıdır. İstənilən halda Vaşinqton müqavilədə əks
olunmayan F-16 məsələsindən istifadə edə bilməz. Ümumiyyətlə, iki ölkə arasında
imzalanan konkret müqavilə var və o müqavilədə belə bir bənd yoxdur. Buna görə
də Türkiyə haqlı olaraq Vaşinqtona iradları bildirir. ABŞ gec-tez müqaviləyə əməl
etməsə, bu Ankara ilə Vaşinqton arasında mövcud F-35 krizini daha da böyüdəcək”.
Politoloqun
sözlərinə görə, ABŞ-ın SU-35 narahatlığı yersizdir:
Turan
Rzayev