“F-16”lar düşməni niyə bu qədər narahat edir? - VİDEO

“F-16”lar düşməni niyə bu qədər narahat edir? - VİDEO
Döyüşlər başlayan gündən indiyədək Ermənistan və onun havadarları dəfələrlə Azərbaycanda "F-16" qırıcı təyyarələrinin olmasından narahatlığını ifadə edən açıqlamalar verirlər.

Sfera.az  xəbər verir ki, guya Azərbaycan torpaqların işğaldan azad edilməsində həmin "F-16"lardan istifadə edir. Ancaq bu iddia dəfələrlə yüksək səviyyədə təkzib olunub. Bəs "F-16" qırıcıları düşməni və onların havadarlarını niyə bu qədər narahat edir? Mövzunu əməkdaşımız hərbi ekspertlə davam etdirib.

Döyüş meydanında uduzan Ermənistan F-16 təyyarələri ilə bağlı iddialar ortaya atmaqla münaqişəyə başqa ölkələri cəlb etmək istəyir.

Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən düşmən və onu silah-sursatla təmin edən havadarları Azərbaycana təlim vaxtı gətirilən və bu günə qədər istifadə edilməyən Türkiyənin F-16 təyyarələrdən narahatdırlar.

Bunu işğalçı ölkə rəhbərliyinin, eləcə də havadarlarının səsləndirdikləri bəyanatlardan, habelə Ermənistanın təbliğat maşınında tez-tez dərc edilən təxribat xarakterli xəbərlərdən də aydın görmək olur. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyir ki, düşmənin bu təşvişi başadüşüləndir. Çünki Paşinyan rejimi bu yolla ölkə ictimaiyyətinin diqqətini məğlubiyyətdən təxribatlara yönəltmək istəyir.

Ekspert deyir ki, Ermənistan rəhbərliyinin əsas məqsədi bu cür absurd iddiaları tez-tez ortaya atmaqla 3-cü ölkələri münaqişəyə cəlb etməkdir.

Ümumiyyətlə bu təyyarələr Ermənistan üçün qorxulu kabusdur. Çünki arsenallarındakı hava hücumundan müdafiə sistemləri F-16-ları zərərsizləşdirməkdə acizdir.

Üzeyir Cəfərov deyir ki, Azərbayan pilotlarının döyüş bacarıqları da düşməni vahiməyə salan vacib amillərdəndir.

(xezer tv)

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...