Eyni anda qrip və koronavirusa yoluxmaq olur - Yeni xəstəlik YAYILDI
15:18 / 04.01.2022
2409
İsraildə hamilə
qadın eyni anda həm
qripə, həm də koronavirusa yoluxub.
Sfera.az
xəbər verir ki, ilk dəfə
rast gəlinən sözügedən
hadisə tibb aləmində marağa
səbəb olub. Həkimlər xəstəliyə
"flurona" adı veriblər.
Xəstələnən
qadının peyvənd olunmadığı məlum olub və virusun yuxarı tənəffüs yollarına təsir
etdiyi bildirilib. Ana olmağa hazırlaşan qadın hər iki xəstəliyə qısa müddət ərzində
qalib gəlib və xəstəxanadan evə buraxılıb.
Əzizə
Zeynal