Eyfel qülləsi turistlər üçün açılır

Eyfel qülləsi turistlər üçün açılır
Cari ilin oktyabr ayının sonunda yeni növ koronavirus infeksiyası ilə bağlı bağlanan Eyfel qülləsi ilk ziyarətçilərini 16 dekabrda qəbul edəcək.

Sfera.az xəbər verir ki, bu barədə "TASS” məlumat yayıb.

Qeyd olunub ki, Eyfel qülləsi turistlər üçün yerli vaxtla 10:30-dan 18: 30-dək fəaliyyət göstərəcək. Biletləri yalnız onlayn almaq mümkün olacaq.

Xatırladaq ki, Fransada 2,2 milyondan çox şəxs koronavirusa yoluxub, infeksiyadan isə 52 mindən çox pasiyent dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR